Haber Global: COP29da iştirakçı fəallığı kifayət qədər çoxdur
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakçı fəallığı kifayət qədər çoxdur.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının COP29-la bağlı hazırladığı süjetdə qeyd olunub.
Bildirilib ki, insanlar gələcəyin dünyasını düzgün formalaşdırmaq üçün çalışırlar.
Eyni zamanda diqqətə çatdırılıb ki, bugünkü gündəlikdə səhiyyə, təhsil, uşaq və gənclərlə bağlı məsələlər var:
“Bununla bağlı Türkiyənin təhsil naziri də Bakıdadır. Rəqəmsallaşan yeni dünyaya adaptasiya lazımdır. Bu prosesin başında gənclər gedir. Sabah isə qida, su, kənd təsərrüfatı məsələləri müzakirə ediləcək. Türkiyə müvafiq qurumları böyük nümayəndə heyəti ilə Bakıdadır. Türkiyə bütün sahələrdə “yol xəritəsi”ni davam etdirəcək”.
Baxış sayı:66
Bu xəbər 18 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















