Hacar: “Bolidi idarə etməkdə inamımı bir az itirdim”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Formula-1” üzrə “Red Bull” komandasının fransalı pilotu İsak Hacar Avstriya Qran-prisindən sonra yarışla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, sürücü bolidi idarə etməkdə müəyyən çətinlik yaşadığını bildirib.
Hacar təkərlərin bloklanmasının ona təsir etdiyini deyib:
“Bir neçə dəfə təkərlər bloklandı. Bundan sonra bolidi idarə etməkdə inamımı bir az itirdim. Hər dövrədə özümü daha çox saxlamağa məcbur olurdum. Boliddəki yeniliklərə gəlincə, ilk yeniləmələr Mayamidə tətbiq olundu və orada böyük addım ata bildik. Burada daha bir addım atdıq. Amma bir sürətli dövrədə temp baxımından hələ “Mercedes”lə eyni səviyyədə deyilik. Bununla belə, ümumi inkişaf ümidvericidir”.
Qeyd edək ki, Avstriya Qran-prisində Hacar altıncı yeri tutub. Onun “Red Bull”dakı komanda yoldaşı Maks Ferstappen finişə ikinci çatıb. Yarışın qalibi isə “Mercedes” pilotu Corc Rassell olub.
Baxış sayı:145
Bu xəbər 29 İyun 2026 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















