Hacı İsmayılov: Rasim Balayev çox nikbin insan idi
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Rasim Balayev çox nikbin insan idi. Hətta bir dəfə ondan soruşmuşdular ki, ölüm haqqında nə deyə bilər, cavab vermişdi ki, bir gün yaranan, bir gün də ölməlidir, amma əsas odur ki, yaşadığın müddət ərzində nələrsə edəsən, özündən sonra iz qoyasan ki, bir gün bu dünyadan köçəndə rəhmət qazanasan."
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov deyib.
O, Rasim Balayevin səhhətindəki problemdən danışıb:
"Səhhətindəki problemlərdən xəbərimiz var idi, amma belə tez vəfat etməsi gözlənilməz idi. Belə aktyorlar həyata bir dəfə gəlirlər. Rasim Balayev kimi bir aktyor, şəxsiyyət, ictimai xadim olmaq üçün böyük bir ömür və çalışmaq lazımdır. Rasim Balayev də üzərinə düşən işlərin öhdəsindən məharətlə gəldi. Öz xəstəliyini bildirmədi, axıra qədər sınmadı. Allah rəhmət eləsin".
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Mart 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















