Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

“Hacı oğlu 2023” torpaqdan güc alır

“Hacı oğlu 2023” torpaqdan güc alır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

MMC Masallıda mövsümi işlərə 400 nəfər cəlb edib

Masallı rayonunda aqrar sektorda bir çox istehsal və emal müəssisələri uğurla fəaliyyət göstərir. Onların arasında Böyük Xocavar kəndində yerləşən və ətrafdakı bir neçə digər yaşayış məntəqəsini də əhatə edən “Hacı oğlu 2023” MMC xüsusilə fərqlənir. 15 il əvvəl çiyələkçiliklə məşğul olan bu özəl müəssisə işə düşəndə burada cəmi 60 adam çalışırdı. Sonra onların sayı 80-ə, daha sonra 100-ə çatdı. İndi burada yaz-yay mövsümündə 400-dən çox əməkçi işləyir.

MMC-nin direktoru Seyran Muradov sadə, əməksevər, torpağa qəlbən bağlı insandır. Torpağın dilini öyrənib, görüb-götürüb, xoşbəxtliyini halal ruzi qazanmaqda tapıb. Deyir ki, torpaqdan, bağda-bostanda çalışmaqdan hədsiz zövq alıram. Torpaq daim sevgi, diqqət və qayğı tələb edir. Onu ürəklə əkib-becərəndə bərəkətli olur, zəhməti itirmir.

Seyran ali təhsilini başa vurduqdan sonra üzünü həmişəlik aqrar sektora tutub. Təmiz, halal zəhmətlə yaşamağın yolunu əkinçilikdə görüb. 2011-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində 6 hektar sahəni icarəyə götürüb. O vaxtdan əsasən çiyələk yetişdirməklə məşğuldur. Hər hektardan bir qayda olaraq 40 tona yaxın məhsul götürür.

Müəssisə hər il ilk nübar məhsulunu respublikamızın daxili bazarlarına çıxarır. Sonra isə Masallı brendli məhsul Rusiya və Qazaxıstana yola salınır.

Seyran Muradaov imanlı, inanclı insandır. Bir neçə il əvvəl müqəddəs Həcc ziyarətində olub. Həm də mehriban, maraqlı həmsöhbətdir. Deyir ki, işgüzar insan üçün onun əmək fəaliyyətində sərbəstlik böyük nemətdir. Keçmiş sovet dönəmində kəndliyə imkan verilməyib, başının üstündə durub deyiblər: bunu ək, belə becər, belə suvar. Kəndli kəndçilikdən məhrum edilib. İndi, çox şükür Allaha, ölkəmiz müstəqillik qazanandan sonra kəndlinin əl-qolu açılıb. Nə əkdiyini, necə becərəcəyini özü hamıdan yaxşı bilir. Dövlətimiz kənd təsərrüfatının inkişafına lazımi səviyyədə qayğı göstərir. Nəticə isə göz qabağındadır. Aqrar sahə durmadan inkişaf edir.

Hacı Seyran sonra fəxrlə bildirdi ki, o, keçən ay Bakı Ekspo Mərkəzində keçirilən XIX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda iştirak edib. Forum çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Masallı rayonunun məhsulları” adlı pavilyonda nümayiş etdirilən aqrar sektorun məhsulları və el sənətkarlığı nümunələri ilə tanış olub. Nazir rayonun kənd əməkçilərinin əldə etdiyi nəticələri yüksək qiymətləndirərək yerli istehsalın genişləndirilməsinin və məhsulların rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov da həmin mərasimdə iştirak edib. RİH başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbbərliyi ilə ölkəmizdə, eləcə də Masallı rayonunda aqrar sahənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını, fermerlərin fəaliyyətinə hərtərəfli dəstək göstərildiyini qeyd edib: “Gərək düz danışasan, həqiqət necədir, olduğu kimi dilə gətirəsən. Masallı RİH başçısı Araz Əhmədov tez-tez bizim vəziyyətimiz, qayğı və çətinliklərimizlə maraqlanır. Eyni zamanda, fəhlələrlə iş başında səmimi görüşür, çalışır ki, halal əmək adamlarının maddi durumları, rifahları daim yaxşılaşsın”.

Bütün bunları nəzərə alaraq sahibkar 3 oğlunu – Allahyar, Ceyhun və Ülvini rəhbərlik etdiyi özəl müəssisənin işlərinə cəlb edib. Ata və övladları birgə səylərlə çiyələk sahələrini daha da genişləndirə biliblər.

Məlumat üçün bildirək ki, “Hacı oğlu 2023” MMC-nin kollektivi hazırda rayonun Digah, Təzə Alvadı, Köhnə Alvadı, Böyük Xocavar, Banbaşı kəndlərində 87 hektar çiyələk plantasiyasında məhsul yetişdirir. “Murano”, “kladio” və “karima” kimi yüksək məhsuldar çiyələk şitilləri yetişdirilərək vaxtında sahələrə köçürülüb. Bir hektarda 55 min şitil əkilib. Hər şitil 1 kiloqrama yaxın bar verir. Çiyələyin bir kiloqramı 2–3,5 manata satılır. İl ərzində təsərrüfatda 400-450 ton məhsul istehsal olunur. Müəssisənin Böyük Xocavar kəndində 170, Şərəfə kəndində 225 tonluq soyuducu anbarları var.

Böyük Xocavar kəndində müəssisənin yüksək aqrotexniki qaydada becərilən çiyələk sahələrini gəzərkən öyrəndik ki, bu günlər təsərrüfatda işlərin qızğın çağıdır. Belə ki, havalar isindikcə, çiyələk daha tez yetişir, dərim sürətlənir. Sahələrdə isə məhsul boldur. Yığım payız aylarında da davam edəcək. Əvvəlki illə müqayisədə istehsalın həcminin xeyli artacağı gözlənilir.

Yığım dövründə təsərrüfatda 400 nəfər çalışır. Yerli sakinlərlə yanaşı, Astara, Lənkəran, Biləsuvar rayonlarından da fəhlələr dərim prosesinə cəlb olunub. Gündəlik çay, şirniyyat və nəqliyyat xərcləri müəssisənin hesabına ödənilir. Yaz-yay mövsümündə fəhlələrin orta aylıq əməkhaqqı 900 manata çatır. Hazırda məhsul əsasən Rusiya bazarlarına yola salınır.

Ədalət naminə demək lazımdır ki, fəhlələr doğma elində, obasında sevdikləri və bacardıqları işlə məşğul olduqları, ən başlıcası, normal əməkhaqqı aldıqları üçün “Hacı oğlu 2023” MMC kimi qabaqcıl müəssisədə çalışmalarından razılıq edirlər.

Müəssisədə tanış olduğum bir gənc dedi ki, son illər yeni iş yerləri yaradıldığından Masallının kəndlərindən işləmək üçün şəhərə üz tutanların sayı xeyli azalıb. O, şəxsən bundan əvvəl Bakıda tikintilərin birində fəhləlik edirdi. Qazancı da indikindən heç də çox deyildi. İndi isə öz el-obasındadır, axşam iş bitəndə hər gün evinə, ailəsinə, kiçikyaşlı övladlarının yanına tələsir.

Sonda belə bir məqamı da qeyd etməyə dəyər ki, Hacı Seyran Muradovun rəhbərlik etdiyi müəssisə rayonun xeyriyyə işlərində də fərqlənir. Onların hamısını sadalasaq, uzun bir siyahı alınar. Lakin bu tədbirlərdən bir neçəsini xatırlamağa ehtiyac duyuruq. Banbaşı-Böyük Xocavar kəndlərarası yol müəssisənin hesabına işıqlandırılır. Şəhid və imkansız ailələrə mütəmadi yardımlar göstərilir. Bayramlarda işçilərə ərzaq, maddi yardımlar verilir. Bugünlərdə açıq havada keçirilən çiyələk festivalında təsərrüfatın nümunəvi işi, uğurları geniş nümayiş olunub.

“Hacı oğlu 2023” MMC-nin rəhbəri isə başçılıq etdiyi müəssisənin fəaliyyət dairəsini daha da genişləndirmək fikrindədir. O, yaxın vaxtda kivi bağı da salmaq arzusundadır. Bu istiqamətdə artıq hazırlıq işləri görülür. Bu isə o deməkdir ki, burada çalışanların, evinə halal ruzi aparan ailələrin sayı daha da artacaq.

“Hacı oğlu 2023” MMC-nin rəhbərliyinin gələcəklə bağlı planları və arzuları çoxdur. Bu niyyətlər uğurla yerinə yetirilərsə, bundan həm iş adamı, həm də yerli sakinlərin ailələri fayda götürəcək. Yaxşı, halal əməl sahiblərinə hamı kimi biz də uğurlar arzulayırıq.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyun 2026 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri