Hacı Vəliyevin istintaqı yekunlaşdı QAZİNİ TOVUZ MƏHKƏMƏSİNDƏ MÜHAKİMƏ EDƏCƏKLƏR
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan cinayət işi ilə bağlı ibtidai istintaq yekunlaşıb.
Gununsesi.info bildirir ki, iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndəriləcək.
Hacı Vəliyev “Gənc Qazilər Birliyi” adlı QHT-nin sədri olub, həmçinin qazilərin hüquqlarının müdafiəsi işində çox fəal olub.
O, həbsini tənqidi çıxışları ilə əlaqələndirib.
O, bu ilin aprelində saxlanılıb. H.Vəliyevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Firuzə
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Sentyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















