Icma.az
close
up
RU
Hacıbala Abutalıbovun dövlətə 3 milyon manat ziyanı……

Hacıbala Abutalıbovun dövlətə 3 milyon manat ziyanı……

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvar ayının 14-də Azərbaycanla bağlı yeni qərarını elan edib. 

Hurriyyet.Az aihmaz.org-a istinadla xəbər verir ki, qərara əsasən, mülkiyyət hüququnun pozuntusunun mübahisələndirildiyi işdə AİHM 2022-ci ildə iddia edilən pozuntuları tanımış, təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi: “”İsmayıl Bağvanov və Başqaları Azərbaycana qarşı” məhkəmə işinin predmeti Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr idi. Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülmüş, sakinlər köçürülmüşdü. Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.

AİHM hələ 2022-ci ildə 14 ərizəni (İsmayıl BAĞVANOV, Dərya QULİYEVA, Eldar HÜSEYNOV, Kəmalə ƏLİYEVA, İntizar ALLAHVERDİYEVA, Zərifə ALLAHVERDİYEVA, Pərviz ƏMİROV, Minəxanım ƏZİMOVA (bu işdə 5 ərizəçi vardı), Mehriban ƏLİYEVA, Valeriya MAHMUDOVA, Ruqiyyə MƏMMƏD, Səadət ƏZİZOVA, Fuad ƏLİYEV, Yasəmən KƏRİMOVA, Flora QƏDİROVA, Rüxsarə HÜSEYNOVA, Afaq İSMAYILOVA, Şirinbacı RZAYEVA, Əli RZA və Lilya ƏLİYEVA) birləşdirdiyi bu işdə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyinə qərar vermişdi. Məhkəmə həmçinin, 4 ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu da tanımışdı. Ancaq Məhkəmə, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını vurğulayaraq, hökumətdən 3 ay ərzində müvafiq təqdimat göndərməsini istəmişdi.

AİHM yanvarın 14-də ərizəçilərin ədalətli əvəz tələbləri üzrə qərarını elan edib. Qərara görə, 3 ay ərzində ərizəçilərin hamısına maddi, mənəvi zərər əvəzi və xərc, məsrəflərin əvəzi ödənilməlidir. Ərizəçilərə ödənilməli olan təzminatın ümumi məbləği 1 milyon 693 min 892 avro təşkil edir.

Qərara əsasən, ərizəçilərdən İ. Bağvanova 370 min, D. Quliyevaya 98 min, E. Hüseynova 46 min, K. Əliyevaya 28 min, İntizar və Zərifə Allahverdiyevalara birlikdə 156 min, M. Əzimovaya 65 min, M. Əliyevaya 88 min, V. Mahmudovaya 122 min, R. Məmmədə 155 min, S. Əzizovaya 8,3 min, F. Əliyevə 30 min, Y. Kərimovaya 136 min, F. Qədirovaya 7,1 min, R. Hüseynovaya 106 min, A. İsmayılovaya 117 min, Ş. Rzayeva və Ə. Rzaya birlikdə 12 min və L. Əliyevaya 88 min avro məbləğində maddi zərər əvəzi ödəməlidir.

Qərar həmçinin, ərizəçilərdən L. Əliyeva, A. İsmayılova, F. Qədirova və Y. Kərimovanın hər birinə 4700 avro məbləğində mənəvi zərər əvəzi ödənilməsini nəzərdə tutur. Hökumət yerdə qalan 14 ərizəçinin hər birinə isə 3 min avro məbləğində mənəvi zərər əvəzi ödəməlidir.

Ərizəçilərə qeyd edilənlərdən başqa ümumilikdə, 692 avro məbləğində poçt və digər xərclərin əvəzi ödənilməlidir”.

Qeyd edək ki, 2001-ci ildən 2018-ci ilədək Hacıbala Abutalıbov Bakı şəhər icra Hakimiyyətinin başçısı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Yanvar 2025 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri