Hacıqabulda 9 yaşlı uşaq faciəvi şəkildə öldü
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Atbulaq kənd sakini, 2016-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

