Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Hacıyev Dilicanda tarix yazdı

Hacıyev Dilicanda tarix yazdı

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyev Dilicana getdi. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü. Xəbər beş cümlə ilə keçdi və əslində lentdə olmaqla çox böyük mesaj verdi.

Amma Dilican da Dilicandır. Orada hər daş bir şeyi, mesajı bilir və verir.

“Mimino” filmini xatırlayırsınızmı? Frunzik Mkrtçyan qürurla deyir: “Bizim Dilicanda elə su var ki, kranı açırsan, dünyada ikinci yeri tutur. Birinci yer San-Fransiskodadır.”

Sovet kinosunun bu replikası on illərlə Ermənistanın vizit kartı oldu. Dilicanın suyu, Dilicanın meşəsi, Dilicanın dağı, hamısı “erməni mənzərəsi” kimi dünyaya satıldı.

Bir sual: o suyun mənbəyi haradadır?

Ağstafa çayı. Gəncə, Qazax, Tovuz ellərinin əsrlər boyu yaylaq-qışlaq bildikləri, heyvan otardıqları, balıq tutduqları dağ silsilələrindədir. Sovet kinosunda “erməni suyu” kimi dünyaya satılan nemət isə əslində Azərbaycan torpağının suyudur. Bu, coğrafiyanın faktıdır, ritorikadan asılı deyil.

“Mimino”nun replikası bu gün daha fərqli səslənir.

Çar Rusiyası dövründə Azərbaycan dramaturgiyasının banisi Nəcəf bəy Vəzirov Peterburq Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi, sonra çar hökuməti onu Dilican dərəsinə meşəbəyi təyin etdi. İmperiya nöqteyi-nəzərindən bu adi bir vəzifəydi. Amma Vəzirov o meşədə əyləşib yatmadı. O, kəndliləri dinlədi, həyatı müşahidə etdi, bəy-rəiyyət münasibətlərini əyani şəkildə gördü. Azərbaycan realist dramaturgiyasının klassik obrazları həmin meşələrdə formalaşdı. Yəni Azərbaycan mədəniyyətinin bir hissəsi Dilicanda yazıldı.

Eyni meşələrdə, eyni illərdə başqa bir adam da tarixi yadırdı – Qaçaq Kərəm. Jandarmlar Qazaxda, Gəncədə onu sıxışdırdıqda o, Dilican dərəsinə keçirdi. Keçilməz meşə, çar polisinin ayağının çatmadığı mağaralar, ən etibarlı sığınacaq burası idi.

Amma bir sirr var idi axı, meşənin “sahibi” meşəbəyi Nəcəf bəy Vəzirov imperiya məmurlarına nifrəti ilə tanınırdı. Kərəm gəldikdə onun gizlənməsinə göz yumdu. Bəzən gizli şərait yaratdı. Bir yazıçı ilə bir qaçaq, çar Rusiyasına qarşı öz aralarında “Dilican ittifaqı” qurmuşdular.

O vaxt azərbaycanlı Dilicana sığınırdı.

Bu gün Azərbaycan Prezidentinin köməkçisi Dilicanda idi, yəni dədə – baba yurdunda.

Bir də soruşaq: “Mimino” filmindəki məhkəmə səhnəsini xatırlayırsınızmı? Dilicanlı erməni ilə gürcü Moskvada məhkəmə zalında üz-üzə gəlir: hakim ortada oturub, tərəflər bir-birinə iddia irəli sürür, sonda barışmaq məcburiyyəti yaranır. Amma barışıq da hakimin nəzarəti altında baş verir.

On illərlə Azərbaycan-Ermənistan problemi belə həll edildi: Moskvada, Vaşinqtonda, Brüsseldə, vasitəçinin masası arxasında, xarici hakimin göz qırpmasını gözləyərək.

Bu gün isə Azərbaycan nümayəndəsi həmin hakimləri kənara qoyub, birbaşa Dilicanın özündə oturdu. “Mimino”nun ssenarisi başqa cür yazıldı: məhkəmə zalı yox, sülh masası quruldu, Hakim kənarlar yox, tərəflər idi.

Dilicanın ətrafında başqa bir coğrafiya da var. Azərbaycanın Qazax rayonunun Ermənistan tərəfindən hələ qaytarılmamış anklav kəndləri: Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Dilicana bir neçə on kilometrlik məsafədədir.

Azərbaycan həmin kəndlərin qaytarılmasını rəsmən tələb etdiyi, sərhəd delimitasiyası danışıqları apardığı günlərdə Hacıyev mübahisəli nöqtələrin lap yaxınlığına maneəsiz gəldi. Ermənistan cəmiyyətinə, revanşist dairələrə göndərilən mesajın məntiqi sadədir: sərhəd artıq sərhəd də deyil, keçid xəttidir.

Dilican həm çar Rusiyasının, həm sovet elitasının Cənubi Qafqazdakı ən seçkin istirahət zonası idi. Moskvanın hərbi generalları, elmi simaları, partiya nomenklaturası bu şəhəri “öz” yeri sayırdı.

Bu gün Moskvadan müstəqilləşməyə çalışan Ermənistan rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan Rusiyanın tarixi “ev”inin içərisindəki otaqda Kreml olmadan oturub danışır.

Regional sülhün formatlanması Rusiyasız aparılır. Bir növ Rusiyanın tarixi dayaq nöqtəsindən.

Görüşün sonunda bir qərar açıqlandı: növbəti görüş Azərbaycanda olacaq.

Yəni bu dəfə Armen Qriqoryan Azərbaycan torpağına gələcək. Hansı şəhər, hələ bilinmir. Amma əgər Dilican bu qədər layiqli çıxış etdisə, Şuşa necə olar görüş yeri kimi?

Dilicanda hər daş bir şey bilir. Nəcəf bəyin meşəsi, Kərəmin mağarası, “Mimino”nun suyu. Hə, bir də Hacıyevin üstünlüyü…

Əziz Əlibəyli
Beynəlxalq münasibətlər üzrə ekspert /globalinfo.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyun 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri