Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

HACIYEV DİLİCANDA TARİX YAZDI... Mimino nun ssenarisi başqa cür yazıldı

HACIYEV DİLİCANDA TARİX YAZDI... Mimino nun ssenarisi başqa cür yazıldı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezidentin köməkçisi Hikmət Hacıyev Dilicana getdi. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü. Xəbər beş cümlə ilə keçdi və əslində lentdə olmaqla çox böyük mesaj verdi.

Amma Dilican da Dilicandır. Orada hər daş bir şeyi, mesajı bilir və verir.

"Mimino" filmini xatırlayırsınızmı? 

Frunzik Mkrtçyan qürurla deyir: "Bizim Dilicanda elə su var ki, kranı açırsan, dünyada ikinci yeri tutur. Birinci yer San-Fransiskodadır."

Sovet kinosunun bu replikası on illərlə Ermənistanın vizit kartı oldu. Dilicanın suyu, Dilicanın meşəsi, Dilicanın dağı, hamısı "erməni mənzərəsi" kimi dünyaya satıldı.

Bir sual: o suyun mənbəyi haradadır?

Ağstafa çayı. Gəncə, Qazax, Tovuz ellərinin əsrlər boyu yaylaq-qışlaq bildikləri, heyvan otardıqları, balıq tutduqları dağ silsilələrindədir. Sovet kinosunda "erməni suyu" kimi dünyaya satılan nemət isə əslində Azərbaycan torpağının suyudur. Bu, coğrafiyanın faktıdır, ritorikadan asılı deyil.

"Mimino"nun replikasl bu gün daha fərqli səslənir.

Çar Rusiyası dövründə Azərbaycan dramaturgiyasının banisi Nəcəf bəy Vəzirov Peterburq Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi, sonra çar hökuməti onu Dilican dərəsinə meşəbəyi təyin etdi. İmperiya nöqteyi-nəzərindən bu adi bir vəzifəydi.

Amma Vəzirov o meşədə əyləşib yatmadı. O, kəndliləri dinlədi, həyatı müşahidə etdi, bəy-rəiyyət münasibətlərini əyani şəkildə gördü. Azərbaycan realist dramaturgiyasının klassik obrazları həmin meşələrdə formalaşdı. Yəni Azərbaycan mədəniyyətinin bir hissəsi Dilicanda yazıldı.

Eyni meşələrdə, eyni illərdə başqa bir adam da tarixi yadırdı - Qaçaq Kərəm. Jandarmlar Qazaxda, Gəncədə onu sıxışdırdıqda o, Dilican dərəsinə keçirdi. Keçilməz meşə, çar polisinin ayağının çatmadığı mağaralar, ən etibarlı sığınacaq burası idi.

Amma bir sirr var idi axı, meşənin "sahibi" meşəbəyi Nəcəf bəy Vəzirov imperiya məmurlarına nifrəti ilə tanınırdı. Kərəm gəldikdə onun gizlənməsinə göz yumdu. Bəzən gizli şərait yaratdı. Bir yazıçı ilə bir qaçaq, çar Rusiyasına qarşı öz aralarında "Dilican ittifaqı" qurmuşdular.

O vaxt azərbaycanlı Dilicana sığınırdı.

Bu gün Azərbaycan Prezidentinin köməkçisi Dilicanda idi, yəni dədə - baba yurdunda.


Bir də soruşaq: "Mimino" filmindəki məhkəmə səhnəsini xatırlayırsınızmı?

Dilicanlı erməni ilə gürcü Moskvada məhkəmə zalında üz-üzə gəlir: hakim ortada oturub, tərəflər bir-birinə iddia irəli sürür, sonda barışmaq məcburiyyəti yaranır. Amma barışıq da hakimin nəzarəti altında baş verir.

On illərlə Azərbaycan-Ermənistan problemi belə həll edildi: Moskvada, Vaşinqtonda, Brüsseldə, vasitəçinin masası arxasında, xarici hakimin göz qırpmasını gözləyərək.

Bu gün isə Azərbaycan nümayəndəsi həmin hakimləri kənara qoyub, birbaşa Dilicanın özündə oturdu. "Mimino"nun ssenarisi başqa cür yazıldı: məhkəmə zalı yox, sülh masası quruldu, Hakim kənarlar yox, tərəflər idi.

Dilicanın ətrafında başqa bir coğrafiya da var. Azərbaycanın Qazax rayonunun Ermənistan tərəfindən hələ qaytarılmamış anklav kəndləri: Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Dilicana bir neçə on kilometrlik məsafədədir.

Azərbaycan həmin kəndlərin qaytarılmasını rəsmən tələb etdiyi, sərhəd delimitasiyası danışıqları apardığı günlərdə Hacıyev mübahisəli nöqtələrin lap yaxınlığına maneəsiz gəldi. Ermənistan cəmiyyətinə, revanşist dairələrə göndərilən mesajın məntiqi sadədir: sərhəd artıq sərhəd də deyil, keçid xəttidir.

Dilican həm çar Rusiyasının, həm sovet elitasının Cənubi Qafqazdakı ən seçkin istirahət zonası idi. Moskvanın hərbi generalları, elmi simaları, partiya nomenklaturası bu şəhəri "öz" yeri sayırdı.

Bu gün Moskvadan müstəqilləşməyə çalışan Ermənistan rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan Rusiyanın tarixi "ev"inin içərisindəki otaqda Kreml olmadan oturub danışır.

Regional sülhün formatlanması Rusiyasız aparılır. Bir növ Rusiyanın tarixi dayaq nöqtəsindən.

Görüşün sonunda bir qərar açıqlandı: növbəti görüş Azərbaycanda olacaq.

Yəni bu dəfə Armen Qriqoryan Azərbaycan torpağına gələcək. Hansı şəhər, hələ bilinmir.

Amma əgər Dilican bu qədər layiqli çıxış etdisə, Şuşa necə olar görüş yeri kimi?

Dilicanda hər daş bir şey bilir. Nəcəf bəyin meşəsi, Kərəmin mağarası, "Mimino"nun suyu. Hə, bir də Hacıyevin üstünlüyü...

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyun 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri