Icma.az
close
up
RU
Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər saatlarında aparılan əməliyyatda qan, sidik və saç nümunəsi vermək məcburiyyətində qalan 19 məşhurdan biri olan müğənni Hadisə, axşam Ankarada ssəhnəyə çıxaraq yaşananları tamaşaçılara özü danışıb.

Xəbər verdiyimiz kimi, Hadisə ifadə verdikdən sonra günün ikinci yarısında sərbəst buraxılıb və bu axşam keçirilən Ankara konsertini ləğv etməyəcəyini rəsmi şəkildə açıqlayıb.

Milli.Az xəbər verir ki, səhnəyə bir qədər gec çıxan Hadisə, tamaşaçıların qarşısında səsi titrəyərək günün gərgin anlarını danışıb:

"Sizləri gözlətdiyimiz üçün üzr istəyirəm, amma bu, bizim əlimizdə deyildi. Çatmaq çox çətin oldu. Menecerim Haluk Şentürkə təşəkkür edirəm, mənim üçün xüsusi təyyarə təşkil etdi. O olmasaydı, vaxtında gələ bilməzdik.

İcazənizlə, bu gün haqqında sizə bir az danışmaq istəyirəm. Həyatımda ilk dəfə səhər saat 6:30-da qorxaraq oyandım. Qapım dəhşətli şəkildə döyülürdü. Bacım Derya da yanımdaydı, dedim ki, 'nə baş verir?' Mühafizəçiyə zəng etdim, bu saatda qapını açmaq istəmədim.

'Jandarma gəlib, sizi aparmağa' dedilər. Bu cümlə çox dəhşətlidir, əvvəlcə bunu deyim. Amma çox nəzakətli davrandılar. İndi 14 saat keçib. Bunu demək istəyirəm: Hər kəsin başına bir şey gələ bilər, amma mən siqaret belə çəkmirəm.

Bu əməliyyatda adımın çəkilməsi mənə çox ağır gəldi. Psixoloji olaraq təsirləndim. Məni ailəm fərqli böyüdüb. Mən işini sevən bir qadınam və bu yerə heç kimin pulu ilə yox, öz zəhmətimlə gəlmişəm - nə ata, nə ana, nə də keçmiş sevgili pulu ilə.

Bu şəkildə xatırlanmaq və sizin qarşınızda bu məsələ ilə gündəmə gəlmək məni çox incitdi. Bunu ilməyinizi istərdim."
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri