Icma.az
close
up
RU
“Vredestein” də Azərbaycanda “Radius”u seçdi Video Fotolar

“Vredestein” də Azərbaycanda “Radius”u seçdi Video Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Beynəlxalq şin istehsalçısı “Apollo Tyres Ltd” ilə “Radius” arasında imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsi əsasında Avropanın nüfuzlu şin brendlərindən biri olan “Vredestein” Azərbaycan bazarına daxil olur.

Müqavilə “Vredestein” brendinin minik avtomobilləri, kənd təsərrüfatı texnikası və kommersiya furqonları üçün nəzərdə tutulmuş şinlərini əhatə edir.

“Radius” çoxmarkalı şin pərakəndə satışı və servis fəaliyyəti həyata keçirir. Şirkət Bakı və Gəncədə yerləşən məntəqələr də daxil olmaqla satış və xidmət məntəqələri, distribusiya mərkəzi və onlayn platforması vasitəsilə fərdi avtomobil sahiblərinə və korporativ müştərilərə xidmət göstərir. Hazırda Bakıda daha iki, Sumqayıtda isə bir məntəqə inkişaf mərhələsindədir. “Radius”un xidmətlərinə şinlərin quraşdırılması, təkər bucaqlarının tənzimlənməsi, şin hoteli (şinlərin mövsümi saxlanması) və şinlər üzrə çoxsaylı digər ixtisaslaşmış xidmətlər daxildir.

Şirkətin beynəlxalq brendlərlə əməkdaşlıq təcrübəsi, müştərilərlə birbaşa əlaqələri və inkişaf etmiş pərakəndə satış şəbəkəsi “Vredestein”in Azərbaycan bazarında öz mövqeyinin möhkəmlənməsinə və brendin tanınmasının artırılmasına imkan yaradacaq.

“Apollo Tyres Ltd” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə vitse-prezidenti Yves Pouliquen bildirib:

“Azərbaycan bazarına daxil olmaq Avropa üzrə genişlənmə strategiyamızda mühüm addımdır. Bu, “Vredestein” brendinin coğrafi əhatəsini genişləndirməklə yanaşı, yeni müştərilərə xidmət göstərmək üçün əlavə imkanlar yaradır. “Radius” yerli bazar haqqında dərin biliklərə, formalaşmış pərakəndə satış şəbəkəsinə və brendimizin dəyərləri barədə aydın təsəvvürə malikdir. Birgə məqsədimiz peşəkar məsləhət və yüksək müştəri xidməti standartlarına əsaslanaraq Azərbaycan bazarında güclü və uzunmüddətli mövqe formalaşdırmaqdır”.

“Apollo Tyres Ltd” şirkətinin Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Türkiyə üzrə rəhbəri Angelo Shelton William Nigli qeyd edib:

“Vredestein” brendinin Azərbaycanda təqdimatı onun strateji inkişaf bazarlarında mövcudluğunun genişləndirilməsi istiqamətində mühüm addımdır. Zəngin Avropa irsi, qabaqcıl texnologiyaları və təsdiqlənmiş yüksək performans göstəriciləri ilə “Vredestein” azərbaycanlı istehlakçıların dəyişən ehtiyaclarını qarşılamaq üçün əlverişli mövqedədir.

Yerli bazarı dərindən tanıyan və müştəri məmnuniyyətinə xüsusi önəm verən nüfuzlu tərəfdaşımız “Radius” ilə bu əməkdaşlığa başlamaqdan qürur duyuruq. “Radius”un geniş bazar təcrübəsi və yüksək xidmət standartlarına sadiqliyi onu “Vredestein” brendinin Azərbaycanda təmsil olunması üçün ideal tərəfdaşa çevirir. Əminik ki, birgə səylərimiz nəticəsində ölkə üzrə avtomobil sahiblərinə güclü məhsul təklifi təqdim edə biləcəyik”.

“Radius”un direktoru Elnur Məmmədov bildirib:

“Radius”un fundamental strateji öhdəliyi qlobal miqyasda tanınan şin markalarını və dünya səviyyəli ixtisaslaşmış avtomobil servis xidmətlərini uzunmüddətli perspektivdə azərbaycanlı avtomobil sahibləri üçün əlçatan etməkdir. “Vredestein” brendini portfelimizdə əlavə etməkdən xüsusi qürur duyuruq. Əminik ki, qabaqcıl texnologiya ilə özünəməxsus dizaynın vəhdətini təmsil edən bu məhsullar azərbaycanlı sürücülərə estetik zövqün və təhlükəsizliyin müstəsna birləşməsini təqdim edəcək”.












Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri