Hakan Çalhanoğlu Qalatasaray a keçidi barədə: Ya indi, ya da heç vaxt
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Hakan Çalhanoğlu bu yay "Qalatasaray"a keçmək istəyir.
Sportal.az xəbər verir ki, "Milliyet"in məlumatına görə, "İnter"in yarımmüdafiəçisi uşaq yaşlarından sevdiyi Türkiyə klubuna keçməkdə qərarlıdır.
31 yaşlı futbolçunun bu barədə belə bir açıqlama verdiyi bildirilir: "Ya indi, ya heç vaxt... Əgər bu yay 'Qalatasaray'a keçməsəm, sonra bu daha da çətin olacaq."
Bundan əlavə, "Əl-Hilal" klubunun ("İnter"in sabiq çalışdırıcısı) baş məşqççisi Simone İnzagi Çalhanoğluna "3+3" formatında müqavilə təklif etdiyi bildirilir. Müqaviləyə əsasən, futbolçu illik 20 milyon avro maaş alacaq, ilk üç ili oyunçu kimi çıxış edəcək, sonrakı üç ildə isə məşqçi heyətində yer alacaq.
Hakan hələlik bu təklifə cavab verməyib, baxmayaraq ki, "İnter" bu qədər yüksək transfer məbləği səbəbilə bu variantı nəzərdən keçirməyə hazır idi.
Bu arada "Qalatasaray", "İnter"in əsas transfer hədəfi olan Viktor Osimhenlə bağlı vəziyyətin aydınlaşmasını gözləyir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 İyul 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















