Hakan Fidan ABŞ Dövlət katibinə Suriya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 12 may, AZƏRTAC
Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi bu ölkədəki sabitlik və rifah üçün böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı deyib.
Xarici diplomatiya rəhbərləri Suriya ilə yanaşı, Yaxın Şərqdə və Ukraynadakı vəziyyəti də müzakirə ediblər.
ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS hərəkatı tərəfindən azad edilməsinin vacibliyi vurğulanıb.
Rusiya ilə Ukrayna arasında planlaşdırılan danışıqlarla bağlı fikir mübadiləsi aparılıb.
Fidan və Rubio, həmçinin mayın 14-15-də Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının təfərrüatları ətrafında fikir mübadiləsi aparıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 May 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















