Hakan Fidan: Liviyada vasitəçilik etməyə davam edəcəyik
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyanın şərqi və qərbi arasında aparılan danışıqlardan müsbət təəssürat aldığını və ölkənin yenidən birləşməsinə ciddi dəstək olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Fidan Liviyaya səfəri çərçivəsində Tripoli və Benqazidə keçirdiyi görüşlərdən sonra Benqazidən ayrılarkən jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, Türkiyə Liviyada konstruktiv və vasitəçi rolunu davam etdirəcək.
“Təəssüf ki, inqilabın başlanmasından sonrakı 15 il ərzində Liviyada çox ciddi və qarışıq bir dövrün şahidi olduq. 2019-cu ildən etibarən isə nisbətən dinc və sakit bir dövr yaşanır”, – deyə Fidan bildirib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin həyata keçirdiyi xarici siyasətin Liviyada sabitliyin formalaşmasına konstruktiv töhfə verdiyini qeyd edib.
Fidan Tripoli və Benqazidə yeni binaların və böyük layihələrin inşa edildiyini, türk podratçı şirkətlərinin Liviyada fəal fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında əməkdaşlığın gücləndiyini göstərir.
Türkiyəli nazir Tripolidə Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə, Prezident Şurasının sədri Məhəmməd əl-Menfi, Ali Dövlət Şurasının sədri Məhəmməd Miftah Təkala və digər rəsmilərlə görüşdüyünü bildirib.
Fidan Tripolidə Liviyanın yenidən birləşməsi, xüsusilə ölkənin şərqi ilə qərbinin vahid siyasi çərçivədə birləşdirilməsi istiqamətində ciddi dəstək gördüklərini vurğulayıb.
“Onlar danışıqlara başlayırlar, lakin bunun üçün müəyyən şərtlər var”, – deyə, Fidan əlavə edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Avqust 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















