Hakan Fidan Mark Rutte ilə danışdı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Baş katibi Mark Rutte ilə telefonla danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Tərəflər Ukrayna və Rusiya arasındakı münaqişənin sona çatdırılması istiqamətində aparılan işləri müzakirə edib, həmçinin 24-25 iyun tarixlərində Haaqa şəhərində təşkil olunacaq NATO Zirvəsinin hazırlıq işləri də nəzərdən keçirilib.
Aysel Əliyeva
Globalinfo.az

