Hakan Fidan sabah İtaliyaya səfər edəcək
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 11-də İtaliyaya səfər edəcək.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fidan burada İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşəcək.
Məlumata görə, Fidanın Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsi, mövcud regional və qlobal inkişaflar fonunda elm, texnologiya və innovasiya sahələrində birgə işlərin aparılması ilə bağlı fikir mübadiləsi aparması gözlənilir.
Daşqın Həsənov
Missiya.Az

Ərdoğan İtaliyaya səfər edəcək
01 Aprel 2025 14:03
Hakan Fidan sabah Fransaya səfər edəcək
01 Aprel 2025 14:54
Hakan Fidan sabah Brüsselə səfər edəcək
02 Dekabr 2024 14:42
Hakan Fidan Yunanıstana səfər edəcək
06 Noyabr 2024 15:12
Hakan Fidan Rusiyaya səfər edəcək
24 May 2025 17:46

