Icma.az
close
up
RU
Hakerlər İran Milli Tanker və Gəmiçilik şirkətlərinin sistemlərini qırıblar

Hakerlər İran Milli Tanker və Gəmiçilik şirkətlərinin sistemlərini qırıblar

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Haker qrupu bildirib ki, ölkənin dəniz sektoruna ən böyük kiberhücumlardan birində İranın 60-dan çox neft tankeri və yük gəmisində rabitəni sıradan çıxarıb, gəmilər, onların limanları və xarici dünya arasında əlaqə kəsilib.

Avtosfer.az “Sky News Arabiya”ya istinadla xəbər verir ki, “Leyb Dohtacan” hakerlər qrupu İranın Milli Tanker Şirkəti və İran Gəmiçilik Şirkətinin sistemlərini qırıb, bu da 39 neft tankeri və 25 yük gəmisinin işini pozub.

“Altmışdan çox İran neft tankerinin və yük gəmisinin sistemləri sıradan çıxarılıb, bu da bu gəmilər, onların limanları və xarici dünya arasında əlaqənin kəsilməsinə səbəb olub. Bu, İranın dəniz sektorunu hədəfə alan ən böyük kiberhücumlardan biri olub”, - deyə hakerlərin açıqlamasında deyilir.

Qruplaşma əlavə edib ki, sistemin qırılması telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən İranın “Fanava” holdinqinin şəbəkəsinə nüfuz etməklə həyata keçirilib. Bu holdinq peyk rabitəsi, məlumatların saxlanılması və ödəniş sistemlərini təqdim edir.

Onlar bildiriblər ki, gəmilərin peyk terminallarını idarə edən “Linux” əməliyyat sistemlərinə “root hüquqları” ilə çıxış əldə ediblər, bu da İranın dəniz rabitəsinin əsasını təşkil edən “Falcon” idarəedici proqram təminatını dayandırmağa imkan verib.

“Falcon”un dayandırılması gəmilərin sahil ilə əlaqənin tamamilə kəsilməsi deməkdir”, - deyə qrup bildirib və əlavə edib ki, sistemin qırılması gəminin avtomatik identifikasiya sistemini (AIS) və peyk rabitə əlaqələrini sıradan çıxarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Avqust 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see275

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see208

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see154

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see151

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see142

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see141

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see140

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see136

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see131

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see130

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see129

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see129

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see128

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see125

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see123

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see123

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see122

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see122

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see121

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri