Icma.az
close
up
RU
Qaydar Abdikərimov : Kazmortransflot və ASCO üçün kənar gəmiçilik şirkətlərinin gəmiləri cəlb edilə bilər

Qaydar Abdikərimov : Kazmortransflot və ASCO üçün kənar gəmiçilik şirkətlərinin gəmiləri cəlb edilə bilər

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə ümumi yük daşımalarının həcmi 4,2 milyon ton olmaqla 2,5 milyon ton quru yük və 1,7 milyon tonn neft təşkil edəcək.

“Report” xəbər verir ki, bunu "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov assosiasiyanın Bakıda keçirilən iclasında bildirib.

"TBNM ilə 2025-ci il üzrə təsdiqlənmiş yük daşımaları planının yerinə yetirilməsi üçün dəmir yolu və liman administrasiyaları, yükdaşıma operatorları və gəmiçilik şirkətləri yüklü vaqon və konteynerlərin Xəzər və Qara dəniz limanlarında və liman stansiyalarında, buraxılış məntəqələrində gecikmələrini və boşdayanmalarını minimuma endirməlidir. Həmçinin qatarların bütün marşrut boyunca müəyyən edilmiş normativ müddətlərdə maneəsiz keçidini təmin etmək vacibdir", - o qeyd edib.

Onun sözlərinə görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və "Kazmortransflot"un gəmiçilik şirkətlərinə fider gəmilərin sayının 10 vahidə qədər artırılması və onların Aktau və Ələt (Bakı) limanları arasında daimi hərəkətinin təşkil edilməsi imkanlarının nəzərdən keçirilməsi təklif olunur.

"Kazmortransflot" və ASCO-da əlavə gəmilərin çatışmayacağı təqdirdə, TBNM üzvləri kənar gəmiçilik şirkətlərindən gəmilərin cəlb edilməsi məsələsini müzakirə etməlidir.

Bundan başqa, "Arxangelsk Dəniz Ticarət Limanı" ASC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Aktau Dəniz Ticarət Limanı" SC və Batumi Dəniz Limanı gəmilərin boşdayanma müddətinin azaldılması üçün tədbirlər görməli, onların vaxtında qəbulunu, yüklənməsini və boşaldılmasını, həmçinin bir neçə gəmiyə eyni zamanda xidmət göstərilməsi üçün əlavə və ya ehtiyat körpülərin ayrılmasını təmin etməlidir.

Həmçinin Kurık limanı və "Semurg Invest" şirkəti Kurık limanında konteyner fider daşımalarının təşkili, o cümlədən gəmilərin qəbulu, yola salınması, yüklənməsi və boşaldılması imkanlarını birgə nəzərdən keçirəcək", - baş katib əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri