Icma.az
close
up
RU
Hakim: “Aliment qərarı dərhal icra olunur”

Hakim: “Aliment qərarı dərhal icra olunur”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nikahın pozulması zamanı aliment öhdəliyinin hansı tarixdən hesablanması məsələsi vətəndaşları maraqlandıran suallardandır. 

Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir?

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnar Cabbarova qeyd edib ki, ilk dəfə alimentin tutulması müəyyən edildiyi halda aliment məhkəməyə hansı tarixdə iddia əriəsi ilə müraciət edilibsə, həmin tarixdən hesablanır, tutulur. 

Məsələn, vətəndaş iddia ərizəsi ilə 1 fevral 2025-ci il tarixdə müraciət edibsə, məhkəmə qətnaməsinin hansı tarixdən qəbul edilməsindən asılı olmayaraq, alimentin tutulması müraciət etdiyi tarixdən yəni 1 fevral 2025-ci il tarixdən tutulacaqdır. 

Hakim qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, alimentin tutulmasına dair qətnamələr dərhal icra edilir, mahiyyət etibarilə alimentin tutulması halı uşağın mənafeyinə xidmət etməklə, sosial yönümlü xarakter daşıdığından, həmin qətnamələrdən apellyasiya və kassasiya qaydasında şikayət verilməsi, onun icrasını dayandırmır, bu hal yəni alimentin ödənilməsinin dayanmasına səbəb olmur. 

Hətta şikayət əsasında alimentin təyin edilməsi barədə məhkəmə qətnaməsi ləğv edilərək, iddia tələbi rədd olunarsa və ya alimentin məbləği azaldılarsa, bu hal artıq ödənilmiş aliment məbləği geri qaytarılmasına əsas vermir. 

Bildirilib ki, alimenti ödəmək öhdəliyi daşıyan şəxs bu öhdəliyinin lazimi qaydada icra edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada inzibati və ya cinayət məsuliyyəti daşıyır. 

Alimentin ödənilməsi mahiyyət etibarilə məhz birgə nikahdan olan uşaqların saxlanılmasının və maddi təminatının, uşaq hüquqlarının təmin edilməsinə yönəlmişdir. 

Bu baxımından istənilən halda bu kateqoriyadan işlər üzrə  mübahisələrin həlli zamanı uşaqların hüquqlarının və manefələrinin  ən üstün müdafiəsi hər birimizin əsas amalı kimi çıxış edir. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri