Icma.az
close
up
RU
“Hakim bu gün oyunu ələ ala bilmədi“

“Hakim bu gün oyunu ələ ala bilmədi“

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– 2 fərqli hissə izləməyimizin səbəbi nədir?
– Belə olduğunu düşünmürəm. Oyunun əvvəlindən diqtə etməyə çalışırdıq. 3-4 dəfə pressinq edəndən sonra topu aldıq. Lakin son qərarlarda düz qərarlar vermədik. Rəqib isə bir hücumla qol vurdu. Bu gün xoşlamadığım məsələ hakimliklə bağlı oldu. Məğlubiyyətdən sonra nəticəyə köklənirik. Ancaq bu gün böyük problem var idi. Başa düşürəm, son vaxtlar üzərimizdə təzyiq çoxdur. Ancaq bu səbəb deyil ki, neqativ ab-hava yaransın. Kimlərsə istədiklərini etməyə çalışır. Hakim bu gün oyunu ələ ala bilmədi. 4-cü hakimlə danışdıq, xahiş etdim ki, sakitik, istəmirik ki, başqa cür qələmə verilsin. Topdaşıyanlar belə bizi tempdən salırdı. Məndə də şübhə var ki, VAR otağına siqnal necə gedir? Birinci dəfə 2-ci qolumuz qeydə alınsaydı, fərqli ola bilərdi. Təmiz qolumuz sayılmadı. İndidən deyirəm, bəlkə yanılıram, çünki mən efirdən epizodu elə gördüm. İmkanlarımız oldu. Futbolçular sağ olsunlar, son vaxtlar üzərimizdə əməlli başlı təzyiq var. Bunun altından çıxmaq çətin idi. Uşaqların haqqı verilməlidir. Bu gün qələbə qazanmalıydıq.

– Heç-heçə olsa da, iki xal itirildi. Avrokuboklarda əlini üzmüş komandanı oyunlara kökləmək çətin olmur?
– Kökləmək çətindir. Kökləndiyimizlə meydandakı iş fərqlidir. Həqiqətən, çətindir. Ancaq nə edək? Bu, futboldur. Dərs çıxarmalı və yaxşı olmalıyıq. Bu gün oturmuş komandaya qarşı oynadıq. Heç kimin xətrinə dəyməsin, “Neftçi” azından oyunçuların maliyyəti ilə fərqlənir. Biz bu gün meydanda otursaq, qınanılacaq. Çünki deyəcəklər ki, pullar verilib. Müdafiəni yarmaqda problemlər var və bunu bilirik. Dəyişmək üçün zaman lazımdır. Problemləri çalışacağıq ki, aradan götürək və daha yaxşı komanda olaq.

– Bəzi futbolçular özünü sübut etməyə çalışır, bəziləri isə getmələri ilə barışıb sanki…
– Mən qarışıq, kiminsə taleyi bilinmir. “Neftçi”dən göndəriləcəksənsə, deməli səninki bura qədərmiş. Burda oynamaq lazımdır ki, kiminsə xoşuna gələsən. Təslim olmaq lazım deyil.

– Yarımmüdafiə xəttində itkilər var idi.
– Heyətlə bağlı problem əvvəldən davam edir. Son matçda Emin Mahmudov sıradan çıxdı. Bəlkə, mövsümü bitirdi. Uzun müddət oynamadıqdan sonra özünü çox gücə saldı. Emil Səfərov, Ryo, Quzzo demək olar, mövsümü bitirib. Birinci gündən zədə problemlərimiz dacam edir. Bunlar şikayət deyil, sadəcə dərdimizi deyirik. İlk məşqdən zədələnənlər oldu. Azər Salahlının da həmin məşqdə ayağı qırılmışdı. Heyət quranda problemlərlə üzləşmişik. İnşallah, gələcəkdəki planlarımızda bu problemləri yaşamamağa çalışacağıq.

– Yeni mövsümlə bağlı hansı hədəflər var?
– Bütün günü işimiz planlar cızmaqdır. Gələcəyin planlarını qurub, üzərində işləyirik. Sirr deyil, futbolçu axtarışları, kollektivdə düzəlməsi məsələlər üzərində işləyərik.

– Abasovun komandaya gələndə hansı vəziyyətdə olduğunu bildiyi deyilirdi.
– Bu qədərini gözləyirdim. Bilirdik hara gəlirik. Nə olsun bilirdik? Olacaqları təxmin edirdik. Ondan da yaxşı bilirdik ki, nələri tez dəyişə bilərik. Bura gələndə bunları dərk edib, gəlmişik. İstəyimiz daha yaxşı olmaq idi. Bir futbolçu haqda kənardan fikir bildirmək asan olur. Lakin birlikdə olanda görürsən ki, düzəltmək olmur.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Aprel 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri