Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Hakim faktları kənara qoyub qərar qəbul etdi

Hakim faktları kənara qoyub qərar qəbul etdi

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Xətai rayon Məhkəməsində Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksiy Smirnov və Azərbaycan vətəndaşı Ramil Aslanov arasındakı məhkəmə çəkişməsi davam edir.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, R.Aslanov 01.12.2025-ci il tarixindən Aleksiy Smirnov haqqında, həmçinin onun katibi D.Sveçnikovun xoşagəlməz əməlləri, orada mövcud olan nöqsanlar və ümumilikdə iradlarla dolu rəsmi şikayəti ilə əlaqədar qarşı tərəf məhkəməyə müraciət edib.

Belə ki, R.Aslanovun şikayətindən sonra A.Smirnov məhkəməyə müraciət edib.

R.Aslanov bildirib ki, yepiskov Smirnovun bu əməli onu göstərir ki, o, Moskva Patriarxiyasına onun haqqında göndərilən şikayətlərin qarşısını almağa çalışır:

"Əgər Aleksiy Smirnov ədalətli din xadimidirsə, məsələni məhkəməsiz həll edərdi. Onun mənəvi baxımdan ədaləti bərpa etmək imkanı var idi. Lakin o, bunu etməmiş, əksinə, məhkəmələrə müxtəlif yollarla təsir göstərməyə üstünlük vermişdir. Belə çıxır ki, Smirnov bu cür vasitələrlə bizim təqdim etdiyimiz sənədlərin əsassız olduğunu ortaya qoymaq istəyir. Bu cür hərəkətlər ciddi narahatlıq doğurur. Buradan sual yaranır: cəmi 1 ildir Azərbaycana gələn və yenicə Azərbaycan vətəndaşlığını alan Aleksiy Smirnov Azərbaycan mental dəyərlərini öyrənmək əvəzinə, bu vasitələrlə məhkəmələrə üz tutur? Görünür ki, yepiskov Smirnov hansısa qüvvələrlə birlikdə Azərbaycan vətəndaşının Moskva Patriarxiyasına, Zati-Aliləri Hörmətli Patriarx Kirilə ünvanladığı rəsmi şikayətini məhkəmə müstəvisinə daşımaqla vətəndaşın şikayət etməsinin, haqq-ədalətin yuxarı instansiyalara çatmasının qarşısını almaq məqsədi güdür. Belə əməllər edən şəxsin hər hansı qurumda, ədalətli bir strukturda və ya dini bir təşkilatda rəhbər vəzifəyə layiq olmadığı görünür".

R.Aslanov əlavə edib ki, yepiskov Aleksiy Smirnov şikayət etmək, nöqsanları demək, iradlar bildirmək və baş verənlərin düzgün şəkildə ifadə edilməsinin hər bir Azərbaycan vətəndaşının qanuni hüququ olmasını düşünmür:

"Vətəndaşın şikayət hüququna təzyiq göstərilməsi, onu susdurmağa çalışmaq və bu məqsədlə məhkəmə mexanizmindən istifadə etmək ədalət anlayışına uyğun deyil. Ədalətli mövqe tutan din rəhbəri rəsmi şikayəti ört-basdır etməyə yox, məsələnin obyektiv araşdırılmasına, vətəndaşın şikayətini dinləyib həll etməyə çalışmalıdır. Lakin bununla da iş bitmir. Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-Mənsimli Leyla məhkəmə gedişatı zamanı qərəzsiz qərar qəbul etməli olduğu halda, özü də səhvlərə yol vermiş, prosedurlarda səhvlər buraxmış və məhkəmə sistemi üzərindən bir neçə süni əngəl yaradaraq pozuntulara yol verib. Hakim Şövkətli-Mənsimli Leyla bəlkə də cavan kadr olması baxımından tam anlamayıb ki, hüquq-mühafizə orqanları bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. Məhkəmə orqanı icra orqanının təqdim etdiyi faktları görməzdən gələ bilməz. Lakin hakim Şövkətli-Mənsimli Leyla bu faktlara əhəmiyyət verməmiş və bu kimi səhvlərə yol vermişdir. Bu nə dərəcədə ədalətli məhkəməyə yaraşır?

Şövkətli-Mənsimli Leyla

Hakim öz vəzifəsini icra etdiyi zaman düşünməli və bilməli idi ki, məhkəmənin əsas vəzifəsi tərəflərin təqdim etdiyi sübutlara obyektiv yanaşmaq, hər bir faktı ayrıca qiymətləndirmək və qanuni, əsaslı qərar qəbul etməkdir. Lakin bu işdə təqdim olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 23.12.2025-ci il tarixli, 3-13-44-2/2-A-62013 saylı məktubunda və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21.02.2026-cı il tarixli, 3-13-51/2-14885 saylı məktubunda göstərilən D. Sveçnikov barəsində faktların və sənədlərin lazımi qaydada araşdırılmaması ciddi suallar yaradır.

Məhkəmə gedişi zamanı hakim Şövkətli-Mənsimli Leyla bu qədər fakt mövcud olduğu halda onları görməzliyə vurub.

Əgər təqdim edilmiş sübutlara, rəsmi dövlət qurumunun verdiyi sənədlərə və hüquq-mühafizə orqanlarının faktlarına məhkəmə tərəfindən lazımi qiymət verilmirsə, onda vətəndaşın ədalətə olan inamı necə qoruna bilər? Məhkəmə vətəndaş üçün son ümid yeridir. Bu son ümid yeri də təqdim olunan faktları görməzlikdən gəlirsə, bu artıq sadə səhv deyil, ədalət mühakiməsinə olan inamı sarsıdan ciddi haldır.

Bir sözlə, Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-Mənsimli Leyla e-2(011)-8915/2025 saylı iş üzrə 15.05.2026-cı il tarixli qətnaməsində təqdim olunan rəsmi faktları görməzdən gəlib. Məhkəmə Bakı şəhər Baş Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin təqdim etdiyi mühüm faktları nəzərə almamışdır. Sübutların qiymətləndirilməsini həyata keçirməmiş, göstərilən sənədlərə diqqət etməmiş və onları kənara qoymuşdur.

Belə olan halda məhkəmə qərarının obyektivliyindən və ədalətliliyindən danışmaq çətindir. Əgər rəsmi dövlət qurumu tərəfindən təqdim olunmuş faktlar, təqdim olunmuş sənədlər və vətəndaşın əsaslı arqumentləri nəzərə alınmırsa, 15.05.2026-cı il tarixli e-2(011)-8915/2025 saylı qətnamənin hansı əsasla qəbul edildiyi ciddi şübhə doğurur".

R.Aslanov bildirib ki, məsələ ilə əlaqədar Patriarx Kirilə yenidən müraciət edəcək.

Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dinləməyə, dərc etməyə hazırıq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri