Hakim “Gürcü Arzusu” partiyası Böyük Britaniya İcmalar Palatasında gedən müzakirələrlə əlaqədar bəyanat qəbul edib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 17 yanvar, AZƏRTAC
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi şurası Böyük Britaniya İcmalar Palatasında 14 deputatın Bidzina İvanişviliyə sanksiya tətbiq edilməsi təşəbbüsü ilə əlaqədar bəyanat qəbul edib.
Bu barədə AZƏRTAC-a “Gürcü Arzusu” partiyasından məlumat verilib.
Bəyanatda deyilir ki, heç bir əsas olmadan Gürcüstanı avtoritar idarəçilikdən xilas edən və ölkəyə demokratik keçid gətirən Gürcüstanın hakim partiyasının lideri sanksiyalarla hədələnir.
Məlum olduğu kimi, Böyük Britaniya İcmalar Palatasında 14 deputat Bidzina İvanişvilinin sanksiyalaşdırılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsdən əvvəl Gürcüstan Daxili İşlər Naziri Vaxtanq Qomelauri və nazirliyin digər yüksək rütbəli məmurlarına Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Yanvar 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















