Icma.az
close
up
RU
Hakim qərarlarını müzakirə etmək üçün müstəqil ekspert qıtlığı heç kim danışıb özünü AFFA ilə pis etmək istəmir

Hakim qərarlarını müzakirə etmək üçün müstəqil ekspert qıtlığı heç kim danışıb özünü AFFA ilə pis etmək istəmir

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan futbolunda problemlər çoxdur. Hər sahəsində vəziyyət təxmin o birisindəki kimidir. Bu mövsüm hakimliklə bağlı vəziyyət lap acınacaqlıdır. Demək olar ki, hər tur ciddi hakim səhvinə rast gəlinir. 

Problem həm də ondadır ki, hakim qərarlarını müzakirə etmək üçün müstəqil ekspert qıtlığı var. Hansısa epizod yaşanır, Hakimlər Komitəsinin rəhbəri De Bleker çıxıb özlərinə sərf eləyən şəkildə yorumlayır baş verənləri. Bilirsən ki, düz demir. Amma onun cavabını jurnalist və ya məşqçi verməli deyil, hakimliklə bağlı birbaşa bu sahənin adamı fikir bildirməlidir. 

Təəssüf ki, futbolumuz bu sarıdan da "yetimdir". Üzdə olan yalnız Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədovdur. İdman TV-də efirə çıxır, saytlara da açıqlama verir. Yalnız bir adam, vəssalam! Tahir Süleymanovun fikirləri dəyərli sayıla bilər, amma "Neftçi"nin sabiq vitse-prezidenti hakimlik mövzusunda danışmağa meyilli deyil. O, daha çox futbolun idarəetməsi yönündə fikirlər bildirir, futbolun məhz bu tərəfi ilə məşğul olmağa həvəslidir. 

Ortada başqa heç kim yoxdur. Heç olmasa, 4-5 müstəqil mütəxəssis olmalıdır ki, müzakirələrdən həqiqətlər üzə çıxsın. Lakin heç kim danışıb özünü AFFA rəhbərliyi ilə pis etmək istəmir. Ən yaxşı halda "öz aramızda deyirəm" şəklində fikir bildirməyə razılıq verirlər. Ona görə də, bu məsələdə də durğunluq yaşayırıq. 

Həmid

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri