Icma.az
close
up
RU
Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Hakim Rüstəm Cəfərov: Azərbaycanda qar voleybolunun gələcəyi ilə bağlı nikbinəm

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 yanvar, AZƏRTAC

Qar voleybolu üzrə ilk dəfə keçirilən ölkə çempionatının oyunlarının baş hakim olaraq mənə tapşırılması sevindirici və qürurverici hissdir. Azərbaycanda qar voleybolu üzrə çempionatın ilk hakimi məhz mən oldum.

Bu sözləri AZƏRTAC-a açıqlamasında voleybol hakimi Rüstəm Cəfərov deyib.

Şahdağda keçirilən yarışın yaxşı təşkil olunduğunu bildirən hakim qeyd edib: “İlk dəfə keçirilməsinə baxmayaraq, bu yarışın gələcəyi ilə bağlı nikbinəm. Çempionatın gələcəkdə daha böyük arenalarda və geniş azarkeş auditoriyası qarşısında keçirilməsini istərdim. Bilirsiniz ki, voleybol Azərbaycanda sevimli idman növüdür. Əminəm ki, getdikcə qar voleybolu da ölkəmizdə seviləcək".

Yarışın hakimi qar voleybolundakı qaydalar barədə də danışıb. O deyib: “Burada hər komandada 4 voleybolçu mübarizə aparır. Onlardan üçün meydanda, biri isə ehtiyatda olur. Qaydalar demək olar ki, çimərlik voleybolundakı kimidir. Sadəcə, bir-iki elementdə dəyişiklik var. Məsələn, çimərlik voleybolunda top bloka toxunduqdan sonra idmançılar iki dəfə oynaya bilirlər. Yəni, topa iki toxunuş edə bilirlər. Burada isə blokdan sonra topa 3 dəfə toxunmağa icazə verilir. Çimərlik voleybolunda komandalar 7 topdan bir yerdəyişmə edirlər, bu növdə isə 5 topdan bir. Qar voleybolunda oyunlar iki setdən ibarət olur. Bərabərlik olarsa, 3-cü set oynanılır".

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzində keçirilən qar voleybolu üzrə Azərbaycan çempionatı "Misli"nin dəstəyi ilə təşkil olunub. "Misli" Azərbaycan Voleybol Federasiyasının keçirdiyi digər yarışların da təşkilatçısıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri