Icma.az
close
up
RU
Sabir Rüstəmxanlının Rüstəm Behrudi ilə bağlı XATİRƏSİ

Sabir Rüstəmxanlının Rüstəm Behrudi ilə bağlı XATİRƏSİ

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu gün doğum gününü qutladığımız Rüstəm Behrudi ilə tanış olanda onun 23 yaşı vardı”.

"Cebheinfo.az" xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı uzun illər dostluq etdiyi, görkəmli şair Rüstəm Behrudinin doğum gününü ilə əlaqədar xatirələrini bölüşüb.

“Mən “Yazıçı” nəşriyyatının baş redaktoru idim. “Naxçıvandan bir nəfər görüşünüzə gəlib” dedilər. Görüşdük. “Gəncə qapısı” adlı şeir kitabımın çox oxunan vaxtı idi. Naxçıvan gəncləri mənə, hədiyyə olaraq, dəmir üzərində döymə göndərmişdilər.

Tikanlı məftillərin arasında qıvrılan Araz, bu məftilləri qırıb sərhəddə sancılan qılınc və çayın üstündən Güneylə Quzey arasında körpüyə dönmüş “Gəncə qapısı”. kitabı. Adamı duyğulandıran, gözəl sənət əsəriydi. Sonra Rüstəm mənə 6-7 şeir verib “xahiş edirəm, bu yazıları oxuyub fikrinizi bildirəsiniz, görüm mən şairəm, yoxsa yox”. 

Mən şeirləri sona kimi oxuyub ona baxdım və ciddi şəkildə “sən şair deyilsən” dedim. Rənginin ağardığını görüb əlavə etdim “sən böyük şairsən!” Bunu şeirlərin ruhuna görə demişdim.

Sonra onu Bakıya dəvət etdim və uzun müddət bir yerdə çalışdıq. Şeir məclislərinə və meydanlara bir yerdə çıxdıq. Sevinirəm ki, 46 il öncə Rüstəm Behrudinin şeirlərinə verdiyim qiymətdə yanılmamışam.

O, Araz sahillərindən Tanrı dağlarına doğru yüksələn, türklük sevdası ilə dolu bir yolun yorulmaz yolçusudur və poetik səsi Azərbaycandan çox-çox uzaqlarda eşidilir. Əzizim Rüstəm, yeddinci onilliyin astanasında olduğun bu günlərdə mən hələ də səni gənc hesab edir, sənə gənc dostum kimi baxıram. Bu, ruhundakı və sözündəki gənclik enerjisinin göstəricisidir. Bu enerjini itirmə! Doğum gününü ürəkdən təbrik edirəm!” 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri