“Hakimlərin belə templi oyuna hazır olmadıqlarını düşünürəm” “Baku Fire” uduzdu və narazı qaldı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futzal üzrə ölkə çempionatında 3-cü dövrənin oyunları keçirilib.
11-ci turun ilk matçında lider “Baku Fire” ilə zirvəyə iddialı “Araz-Naxçıvan” üz-üzə gəlib. Bu oyunda naxçıvanlılar 1:0 hesabıyla qalib gəlib. Mövsümdə ilk dəfə məğlubiyyətini alan “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazov oyunla bağlı belə dedi:
“2-ci dövrənin birinciyə nisbətən çox fərqli keçəcəyi gözlənilən idi. “Araz-Naxçıvan”la sonuncu oynumuz da buna əyani sübutdu. Meydanda çox gərgin mübarizə var idi. Futzalçılarım oyunda üzərinə düşən vəzifələri maksimum yerinə yetirdilər. Oyunun qırılma nöqtəsi hakimin qolumuzu qeydə almaması oldu. Köməkçi hakimlər də nəyə görəsə həmin an susdular. Roman Amadov iki sarı vərəqə ilə cəzalanmalıydısa, cəmi 1 “sarı” göstərildi. Hakimlərin belə templi oyuna hazır olmadıqlarını düşünürəm. Onlar da oyunlara komandalar kimi hazır olmalıydılar.
Hakimlər belə oyunlarda çox diqqətli olmalıdılar və belə epizodlarda qərarlarının məsuliyyətini anlamalıdılar. Nəticə ürəyimizcə olmasa da, qazancımız təcrübə oldu. Belə oyunlardan nəticə çıxarıb, hazırlığa davam edəcəyik. Bizim yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm. Növbəti oyunlarda “Baku Fire”ə sevənləri sevindirməyə çalışacağıq”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















