Icma.az
close
up
RU
“Halal iqtisadiyyat”ın elmi təsnifatı

“Halal iqtisadiyyat”ın elmi təsnifatı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu ilə birgə hazırladığı “Halal iqtisadiyyat” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Mərasimdə mərkəzin icraçı direktoru Vüsal Qasımlı halal iqtisadiyyata aid kitabın yazılmasının dövrün reallığından irəli gələn bir zərurət olduğunu vurğulayıb. O bildirib ki, hazırda dünyada yalnız halal qida dövriyyəsi 662 milyard ABŞ dolları dəyərində qiymətləndirilir, bu da kifayət qədər irihəcmli və cəlbedicidir. Ümumilikdə isə qlobal halal iqtisadiyyatın həcminin 2020-ci ildəki 2,3 trilyon dollardan 2030-cu ilə qədər 5 trilyon dollara qədər artacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, halal iqtisadiyyatın gələcəkdə ölkəmizə valyuta gətirən ixrac istiqamətinə çevrilməsi də mümkündür. 

Kitab Azərbaycanın müsəlman dünyası ilə iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli bir mənbə olacaq. Kitabın ərsəyə gəlməsi zərurəti də məhz dövlət başçısının çağırışlarından, dünyada halal iqtisadiyyatın dinamik olaraq artmasından və İslam aləminə inteqrasiyanın sürətləndirilməsindən yaranıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Halal iqtisadiyyat” termininin elmi, dini, mənəvi, coğrafi tərəflərindən bəhs edərək, bu sahənin Azərbaycan iqtisadiyyatına töhfəsindən söz açıb. Qeyd edib ki, ölkəmizin İslam coğrafiyasında aparıcı mövqe tutması onun halal iqtisadiyyatın mərkəzinə çevrilməsində əsas rol oynaya bilər. Bildirib ki, ölkəmiz İslam mədəniyyətinin formalaşmasındakı mühüm yeri, tarixi İpək yolunun üzərində yerləşməsi baxımından halal iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilər.

Qeyd olunub ki, “Halal iqtisadiyyat” kitabı müxtəlif dövlət qurumlarından, ali təhsil və elmi-tədqiqat institutlarından, ümumilikdə, 11 alim və mütəxəssisin cəlb edilməsi ilə hazırlanıb. Ümumilikdə, 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri və s. kimi məsələlər ətraflı təhlil edilir, bu istiqamətdə qarşıda dayanan vəzifələr göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 01:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri