Icma.az
close
up
RU
“Halal iqtisadiyyat” kitabının təqdimatı keçirilib

“Halal iqtisadiyyat” kitabının təqdimatı keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə hazırladığı “Halal iqtisadiyyat” adlı dərs vəsaitinin təqdimatı keçirilib. 

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov İİTKM ilə əməkdaşlığın əhəmiyyətindən, eləcə də bu əməkdaşlığın nəticəsi kimi ortaya çıxan dərs vəsaitinin önəmindən danışıb. O, “Halal iqtisadiyyat” adlı dərs vəsaitinin ölkəmizdə bu sahənin inkişafına verəcəyi töhfədən bəhs edib.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı halal iqtisadiyyata aid kitabın yazılmasının dövrün reallığından irəli gələn bir zərurət olduğunu vurğulayıb. O bildirib ki, hazırda dünyada yalnız halal qida dövriyyəsi 662 milyard ABŞ dolları dəyərində qiymətləndirilir ki, bu da kifayət qədər irihəcmli və cəlbedicidir. Ümumilikdə, qlobal halal iqtisadiyyatın həcminin 2020-ci ildəki 2,3 trilyon dollardan 2030-cu ilə qədər 5,0 trilyon dollara qədər artacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, halal iqtisadiyyatın gələcəkdə ölkəmizə valyuta gətirən ixrac istiqamətinə çevrilməsi də mümkündür. Kitab Azərbaycanın müsəlman dünyası ilə iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli bir mənbə olacaq. Kitabın ərsəyə gəlməsi zərurəti də məhz dövlət başçısının çağırışlarından, dünyada halal iqtisadiyyatın dinamik olaraq artmasından və İslam aləminə inteqrasiyanın sürətləndirilməsindən yaranıb.  

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Halal iqtisadiyyat” termininin elmi, dini, mənəvi, coğrafi tərəflərindən bəhs edərək, bu sahənin Azərbaycan iqtisadiyyatına töhfəsindən danışıb. O qeyd edib ki, ölkəmizin İslam coğrafiyasında aparıcı mövqe tutması onun halal iqtisadiyyatın mərkəzinə çevrilməsində əsas rol oynaya bilər. Bildirib ki, ölkəmiz İslam mədəniyyətinin formalaşmasındakı mühüm yeri, tarixi İpək yolunun üzərində yerləşməsi baxımından halal iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilər.

Qeyd edək ki, “Halal iqtisadiyyat” kitabı müxtəlif dövlət qurumlarından, ali təhsil və elmi tədqiqat institutlarından, ümumilikdə, 11 alim və mütəxəssisin cəlb edilməsi ilə hazırlanıb. Ümumilikdə, 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri və s. kimi məsələlər ətraflı təhlil edilir, bu istiqamətdə qarşıda dayanan vəzifələr göstərilir. 

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin redaksiya heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev və Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdan ibarətdir.  

“Halal iqtisadiyyat” kitabının rəyçiləri UNEC Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, “İqtisadi Resursların öyrənilməsi” İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev, KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktor müavini Anar Yusufzadədir. 

Təqdimatda çıxış edənlər - kitabın rəyçisi, professor Zahid Məmmədov, həmmüəlliflər adından çıxış edən professor Şəfa Quliyeva və digərləri layihənin əhəmiyyətindən danışıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri