Icma.az
close
up
RU
Əlcəzairdə Halal İqtisadiyyat Liderlik Forumu keçirilib

Əlcəzairdə Halal İqtisadiyyat Liderlik Forumu keçirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İslam İnkişaf Bankının ənənəvi illik toplantısı çərçivəsində Halal İqtisadiyyat Liderlik Forumu keçirilib.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşının məlumatına görə, Malayziyanın Əlcəzairdəki səfiri Rizani İrvan Muhamad Mazlan halal iqtisadiyyat və halal ekosistemin üstünlüklərindən danışıb.

O deyib ki, halal iqtisadiyyat təkcə müsəlman cəmiyyətinə deyil, bütövlükdə qlobal biznes sektoruna fayda verə bilər:

"Halal iqtisadiyyat dünyanın müxtəlif ölkələrindən olan sahibkarları birləşdirməklə halal iqtisadiyyat standartlarının daha geniş çərçivədə yayılmasına rəvac verir. Mən hesab edirəm ki, İslam dünyası ölkələrinin halal iqtisadiyyat potensialından istifadə etməklə daha çox nailiyyət əldə etmək olar. 2022-ci ildə halal iqtisadiyyat İslam İnkişaf Bankına üzv olan ölkələrə 2,78 milyard dollar əlavə gəlir qazandırıb. Mən hesab edirəm ki, Əlcəzairdə təşkil olunan bu unikal müzakirə imkanlarından istifadə etməklə daha geniş auditoriyanı halal iqtisadiyyatın imkanları barədə məlumatlandırmaq mümkündür. Halal iqtisadiyyat parametrlərinə daxil olan mühüm məqamlardan biri odur ki, bu növ iqtisadi əməkdaşlıq təkcə İslam ölkələrinə deyil, bütövlükdə dünyaya yayılmaqla, qlobal iqtisadiyyata mühüm yeniliklər gətirə bilər".

İslam İnkişaf Bankının qlobal təcrübə və tərəfdaşlıq üzrə direktoru İssa Faye bildirib ki, qarşıdakı iki il ərzində halal iqtisadiyyatın qlobal payının artırılması hədəflənir:

"2027-ci ilədək halal iqtisadiyyatın payının 2,7 milyard dollardan 4 milyarda çatdırılması hədəflənir. İslam İnkişaf Bankı halal iqtisadiyyat sahəsində təcrübə və texnologiya mübadiləsini dəstəkləyir. Halal ekosistemin dayanıqlığını möhkəmlədirmək üçün kiçik, orta və nəhəng biznes strukturlarına dəstək verilməlidir. İslam İnkişaf Bankına üzv ölkələr halal iqtisadiyyatın daha da inkişafı üçün müvafiq infrastrukturun formalaşdırılması məqsədilə əməkdaşlığı genişləndirməlidir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının direktor müavini Abdulhakim Elvayer isə inkişaf etmiş ölkələrin də halal standartlarına maraq göstərdiyini söyləyib:

"Mən hesab edirəm ki, təkcə müsəlman ölkələrində deyil, müsəlman cəmiyyətlərinin olduğu Avropa və Latın Amerikası dövlətlərində də halal market standartlarının tətbiqi zəruridir. İkinci məsələ ondan ibarətdir ki, halal məhsul standartının tətbiqi istehsalçıların qarşısında ciddi məsuliyyət yaradır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı halal sertifikatlaşdırmamstandartlarını tanıyır. Halal sertifikatlaşdırma məsələsi xüsusilə iri və xırdabuynuzlu heyvanların kəsilməsi, o cümlədən, onlardan müxtəlif xarakterli qida məhsullarının istehsalı zamanı tətbiq olunsa da, biz hesab edirik ki, bu standartın əhatə dairəsi genişləndirilməlidir. Eyni zamanda, elmi-tədqiqat institutları halal standartlaşdırma üçün müvafiq texnologiyalarla təmin edilməlidir".

Tədbirdə o da bildirilib ki, halal standartların daha geniş arealda tətbiq olunması, eləcə də bu sahədə inklüziv yanaşmanın ortaya qoyulması İslam İnkişaf Bankına üzv ölkələr arasında iqtisadi münasibətlərin daha da inkişafına səbəb olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri