Icma.az
close
up
RU
Saida Əhməd: Halal iqtisadiyyat istismar modelinə əsaslanmır

Saida Əhməd: Halal iqtisadiyyat istismar modelinə əsaslanmır

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"İqlimədavamlı bir dünya qurmaq üçün bütün insanlıq birləşməlidir".

Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyada "Sustainable Cities Global Ltd"nin təsisçisi və prezidenti Saida Əhməd II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "Qlobal yaşıl keçid diskursunda KOB-ların rolunun artırılması: Bakı İqlim Koalisiyasının KOB-ların yaşıl keçidinə dair Birgə Bəyannaməsi" mövzusunda aparılan panel müzakirəsində deyib.

O bildirib ki, hazırda bir çox KOB-lar, xüsusilə halal iqtisadiyyatdakı şirkətlər bu sahədə necə irəliləməli olduqlarını bilmirlər:

''Onlara "et" deyilir, amma necə etməli olduqları izah edilmir. Buna görə biz onlara istiqamət göstərməli, mərhələli şəkildə dəstək olmalıyıq".

Saida Əhmədin sözlərinə görə, islam və halal iqtisadiyyat istismar modelinə əsaslanmır:

"O, mənfəətin optimallaşdırılması, yəni həm iqtisadi, həm sosial, həm də ekoloji balansın qorunması fəlsəfəsinə söykənir.

Sən pul qazanmaq naminə ətraf mühiti, insanları - qadınları, uşaqları, həssas təbəqələri, kiçik və orta sahibkarları - zərbə altına atmamalısan. Yeri, onun üzərində və altında yaşayan canlıları məhv etməməlisən. Əks halda, gələcək üçün problem yaradırsan.

Ancaq bir əsas çətinlik var: məsələn, Avropa İttifaqının "Green Deal" (Yaşıl razılaşma) siyasəti və iqlim dəyişikliklərinə qarşı tədbirləri bəzən öhdəliklərini yerinə yetirməyən biznesləri cərimələyir.

Nəticədə halal iqtisadiyyatda fəaliyyət göstərən və ya Avropaya ixrac edən şirkətlər karbon vergisi ödəməli olurlar. Bu da onların məhsullarını bahalaşdırır və Avropa bazarında rəqabətqabiliyyətini azaldır.

Bu məqamda əsas sual yaranır: iqlim məsuliyyətli olmaq iqtisadi yükdürmü, yoxsa fürsət? Əgər düzgün yanaşsaq, bu təkcə ətraf mühit üçün deyil, həm də bizneslərin gəlirliliyini artıran fürsət ola bilər".

O vurğulayıb ki, dayanıqlı şəhərlər KOB-larsız (kiçik və orta bizneslərsiz) mövcud ola bilməz:

"Eyni zamanda, o KOB-lar da iqlim və sosial məsuliyyət prinsiplərinə daxil edilmədən bu sistem işləməz. Bu, bütün dünyada həyata keçirməli olduğumuz yanaşmadır: biznesləri iqlim məsuliyyətinə görə cəzalandırmaq yox, əksinə, bu məsuliyyət sayəsində onları daha rahat və gəlirli fəaliyyət göstərməyə təşviq etmək lazımdır".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri