Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Hamı Üçüncü Dünya müharibəsinin başlayacağından ehtiyat edir: Deputat Ülvi Quliyev

Hamı Üçüncü Dünya müharibəsinin başlayacağından ehtiyat edir: Deputat Ülvi Quliyev

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müasir dünyamızda isə məsuliyyətli Lider varlığının əhəmiyyəti əvəzsizdir. Zamanından asılı olmayaraq, bu faktor nəzərə alınmadıqda, yaxud qətiyyətli Lider və praqmatik Dövlət xadimi boşluğu yarandıqda, əksər xalqlar fəlakətlə üzləşir. Bu gün dünyada baş verənlər bunu bir daha sübut edir. Bəşəriyyət artıq elə həddə gəlib çatıb ki, hamı Üçüncü Dünya müharibəsinin başlayacağından ehtiyat edir. Çünki bu, baş verərsə, hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq, heç bir ölkə qlobal təhlükənin ağır fəsadlarından sığortalana bilməyəcək. Bu vəziyyətin əsas səbəblərindən biri də odur ki, dünyada növbəti dəfə məsuliyyətli Lider qıtlığı yaşanır, şəxsiyyət faktorunun əhəmiyyəti unudulur. Bəzi Qərb dairələri dünyanı hələ də inandırmağa çalışırlar ki, idarəçilikdə sistem üstünlüyü guya təhlükəsizliyə zəmanət verir və Lider faktorunun boşluğunu doldura, onu əvəz edə bilir. Lakin həyat sübut edir ki, bu, belə deyil, kökündən yanlış yanaşmadır.”

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib:

“Dünya tarixinə diqqət yetirsək görərik ki, məhz bu cür yanlış yanaşmalara, həqiqətlərin təhrif olunmasına görə dövlət və hökumət başçıları arasında çox nadir şəxslərin adı tarixə məsuliyyətli Lider kimi düşə bilir. Özü də söhbətin hansı ictimai-siyasi quruluşdan və ya hansı zamandan getməsinin fərqi yoxdur. Siyasi lider və dövlət xadimi yaşadığı zamandan asılı olmayaraq, tarixə yalnız o zaman böyük şəxsiyyət kimi düşür ki, o öz xalqının və dövlətinin həyatında taleyüklü məsələləri uğurla həll edə bilir. Söhbət elə ağır məsələlərdən gedir ki, onların həlli ilə bütöv bir xalqın milli kimliyi, milli ləyaqəti onilliklər boyu davam edən xarici təhdidlərdən xilas olur. Özü də kimlərinsə güzəşti, hədiyyəsi hesabına deyil, öz xalqının və dövlətinin gücü, Liderin qətiyyəti və siyasi iradəsi hesabına. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Qarabağ Zəfəri məhz bu cür taleyüklü məsələ idi. Ona görə də Qarabağ Zəfərini milli kimliyimizin, milli qürurumuzun rəmzi hesab edirik. Dünya Azərbaycanlıları artıq yaxşı bilirlər ki, bu tarixi Qələbə ilə çox böyük güclərin Azərbaycana qarşı ən azından iki əsrlik məkrli planı iflasa uğradıldı. Hər birimiz gördük ki, hansı dairələr onilliklər boyu bu Qələbənin baş tutmaması naminə hansı çirkin oyunlardan çıxdılar, hansı maneələri qurdular. Amma şəxsiyyət, qətiyyətli Lider faktoru növbəti dəfə öz sözünü dedi və nəticədə tarixi ədalət bərpa edildi.”

Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Qarabağın tacı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bir fikrini olduğu kimi yada salmaq istərdim:

“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Ü.Quliyev vurğulayıb ki, bu miqyasda tarixi Zəfərə imza atan Liderin, Dövlət xadiminin xidmətlərinə dəyər vermək üçün onun fəaliyyətindəki digər uğurların sadalanmasına, əslində, ehtiyac qalmır və ya qalmamalıdır:

“Elə buna görə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil subyekti kimi qazandığı etibarlı tərəfdaş statusunun, bu gün Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı danılmaz rolunun, iqtisadi və siyasi müstəvidə müstəqil dövlət kimi qazandığı uğurların, ağır sınaqlarla dolu olan bu yolda dəf etdiyi böyük maneələrin üzərində ayrıca dayanmaq istəmirəm. Lakin mütləq o qeyd olunmalıdır ki, tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən dairələrin hələ də davam edən basqısına, qərəzli hücumlarına və çirkin təhdidlərinə baxmayaraq, Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və növbəti uğurlarını qazanır. Dekabrın 19-da ölkəmizin D-8 kimi nüfuzlu bir təşkilata üzv qəbul edilməsi müstəqil Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin növbəti böyük uğurudur, eyni zamanda, bədxahlarımızın çirkin oyunlarına ən tutarlı cavabdır. 30 ilə yaxındır fəaliyyət göstərən bu təşkilatın tərkibi ilk dəfədir ki, genişlənir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda yürütdüyü müstəqil xarici siyasətinə və qazandığı nüfuza göstərilən hörmətin ifadəsidir. Prezident İlham Əliyevin adı artıq Azərbaycan tarixinə Qalib Lider və Müzəffər Ali Baş Komandan kimi həkk olunub. Bu gün Azərbaycan xalqı, Dünya Azərbaycanlıları əldə etdiyimiz bu tarixi Zəfərin miqyasını dəqiqliklə görür, onun arxasında dayanan məsuliyyətli Lider və qətiyyətli Dövlət xadiminin əvəzsiz xidmətlərinə yüksək dəyər verir. Lakin əminəm ki, zaman ötdükcə, gələcək nəsillər bu tarixi xidmətin miqyasını daha dolğun görə biləcəklər. Çünki bu cür taleyüklü məsələləri həll edə bilmiş bütün xalqların həyatında bu, tarixən belə olub. Böyük dövlət adamı Uinston Çörçill vaxtilə dahiyanə bir fikir söyləmişdi:

“Dövlət xadiminin siyasətçidən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

Prezident İlham Əliyev gələcək nəsillərə həm də güclü və ləyaqətli Azərbaycanı bəxş edib. Sübut edib ki, Ulu Öndər Heydər Əliyevin 31 il əvvəl müəyyən etdiyi siyasi yol müstəqil Azərbaycanın nicat və Zəfər yoludur!”, – deyə Milli Məclisin deputatı bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri