“HAMI VƏ HEÇ KİM ÜÇÜN...” Bakıdakı 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (ARAŞDIRMA)
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“50 aylıq maaş bir şagirdin illik təhsil haqqına bərabərdir”
Son illər Azərbaycanda təhsil sahəsində fərdi yanaşmaya, yəni özəl məktəblərə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə paytaxt Bakı və böyük şəhərlərdə valideynlər övladlarının yüksək maliyyə resursları hesabına daha keyfiyyətli, texnologiya yönümlü və dünyəvi təhsil almaları üçün dövlət məktəblərindən fərqli olaraq özəl təhsil müəssisələrinə üz tuturlar. Sözsüz ki, bu məktəblər yüksək standartlara, müasir infrastruktura və beynəlxalq kurikulumlara əsaslanan təhsil təklif edirlər. Amma bu məktəblərin əsas auditoriyası – yəni bu xidmətlərdən kimlərin faydalandığı – cəmiyyət üçün düşündürücü məqam olaraq qalır.
Əhali arasında formalaşan əsas fikir budur ki, bu təhsil ocaqları yalnız imkanlı ailələrin övladları üçün nəzərdə tutulub və orta gəlirli ailələrin övladlarının belə məktəblərdə təhsil alması faktiki olaraq mümkün deyil.
İllik təhsil haqqı 55 min manata yaxın olan özəl məktəblər
Hazırda Azərbaycanda tədris dili, məktəbin yerli və ya xarici olması, təhsil səviyyəsi (ibtidai, orta, tam), tədris olunan proqram (Cambridge, IB, yerli proqram), xarici müəllim heyətinin iştirak səviyyəsi kimi meyarlar əsasında formalaşan özəl məktəb qiymətləri 2500 manatdan başlayaraq 54 900 manata qədər dəyişir.
Son günlərdə açıqlanan məlumatlara görə, hazırda ölkədəki ən bahalı özəl məktəb – Azərbaycan Beynəlxalq Məktəbidir. Burada V–IX siniflər üzrə illik təhsil haqqı 54 900 manat təşkil edir. Məktəbdə dərslər beynəlxalq proqram əsasında təşkil edilir və müəllim heyəti əsasən əcnəbilərdən ibarətdir. Digər bahalı məktəblər arasında Bakı Modern Təhsil Kompleksi (25 000 manatadək) və Oxbridge Academy Baku (24 820 manatadək) da var. Burada da tədris beynəlxalq proqramlar əsasında aparılır.
Bakı Oxford Məktəbi və Azərbaycan Britaniya Kollecində isə illik təhsil haqqı müvafiq olaraq 20 500 və 20 000 manat aralığındadır.
Daha münasib təhsil haqqı təklif edən özəl məktəblərə isə aşağıdakılar daxildir:
-Simurq Liseyi – 2 625 – 5 250 manat (ibtidai)
-Bakı Atatürk Liseyi – 2 500 – 4 500 manat
-Hədəf Liseyi – 5 000 – 9 000 manat
Özəl məktəblərin təhsil haqları:
Məktəbİbtidai (I–IV)Orta (V–IX)Tam (X–XI/XII)Bakı Atatürk Liseyi2500 – 4500––Simurq Liseyi2625 – 52502890 – 3940–Western School–6000–Müasir İnnovasiyalar Liseyi6000 – 700060008000Landau School6300 – 87007300 – 8700–Erudit Liseyi–6500–Hədəf Liseyi6500 – 90005000 – 9000–Yaşam Beynəlxalq Məktəbi6560 – 72507250 – 86704600Bakı Beynəlxalq Təhsil Kompleksi8000 – 9000––Kaspi Liseyi8350 – 90008850 – 90508950 – 9450Ada School15 000–8400 – 11550Bakı İstanbul Liseyi–9000 – 10 000–Evrika Liseyi9000 – 10 5009600 – 14 500–Beynəlxalq Maarif Məktəbləri9201 – 10 86210 357 – 12 307–İdrak Liseyi10 000 – 15 00010 500 – 16 500–Dünya Məktəbi––15 000 – 17 500Avropa Azərbaycan Məktəbi11 25013 25016 150XXI Əsr Beynəlxalq Təhsil Mərkəzi–12 000 – 14 500–Britaniya Məktəbi12 000––Bakı Modern Təhsil Kompleksi––12 000 – 25 000Sabis Sun School––14 400 – 15 900Sabah School––15 000Oxbridge Academy Baku15 64015 640 – 18 02020 740 – 24 820Bakı Oxford Məktəbi17 000 – 17 50017 500 – 18 00018 000 – 20 500Müasir Təhsil Kompleksi18 30014 800 – 18 000–Azərbaycan Britaniya Kolleci20 00012 000 – 14 500–Azərbaycan Beynəlxalq Məktəbi–54 900–Bu rəqəmlər aydın göstərir ki, bu məktəblər əhalinin orta təbəqəsi üçün demək olar ki, əlçatmazdır və təhsildə sosial təbəqələşməni dərinləşdirir.
Beynəlxalq təcrübə ilə müqayisə
Finlandiya, Norveç, Almaniya kimi ölkələrdə özəl məktəblərin sayı azdır və onlar dövlət tərəfindən maliyyələşdirilir. Təhsildə bərabərlik əsas prinsipdir və özəl məktəblər ictimai təhsilə alternativ deyil, onu tamamlayan vasitə sayılır.
ABŞ və Böyük Britaniya kimi ölkələrdə özəl məktəblər geniş yayılıb, lakin burada da sosial təbəqələşmə müzakirə mövzusudur. Təqaüdlər, vergi güzəştləri və kvotalar vasitəsilə bu fərq balanslaşdırılmağa çalışılır.
Türkiyədə son illərdə özəl məktəblərin sayı artsa da, dövlət tərəfindən müəyyən tənzimləyici mexanizmlər tətbiq olunur. 2023-cü ildən etibarən özəl məktəblər qiymət siyasətini yumşaltmağa məcbur qalıblar, çünki iqtisadi böhran şəraitində yüksək təhsil haqları ilə tələb azalmışdı.
Azərbaycanda isə nə dövlət dotasiyası, nə təqaüd proqramları, nə də sosial balans mexanizmi mövcuddur. Özəl məktəblər tamamilə kommersiya prinsipləri ilə fəaliyyət göstərir və yalnız müəyyən gəlir səviyyəsinə malik ailələrin övladları bu təhsilə çıxış əldə edə bilir.
Ekspert rəyi – Kamran Əsədov: “Bu, artıq strateji məsələdir”
Təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkədə özəl məktəblərin təhsil haqları son illərdə kəskin şəkildə artıb: “2500 manatdan başlayan qiymətlər bəzi hallarda 54 900 manata qədər yüksəlir. Bu qədər yüksək təhsil haqqı qarşılığında hansı nəticələr əldə olunur? Verilən təhsil bu qiymətə uyğun gəlirmi? Bu, təkcə valideynin fərdi qərarı deyil, dövlətin təhsil siyasətində cavab axtarmalı olduğu strateji sualdır.”

Ekspert qeyd edir ki, Azərbaycanda özəl məktəblər “Təhsil haqqında” Qanunun 13.1.3 və 14.1-ci maddələrinə əsasən, ödənişli fəaliyyət göstərir. Lakin qanunvericilik təhsil haqqının yuxarı həddinə və onun iqtisadi əsaslandırılmasına dair heç bir mexanizm təqdim etmir: “Nəticədə bəzi məktəblər təhsil haqqını real keyfiyyət göstəricilərinə görə deyil, sadəcə bazar imici, lokasiya və binanın lükslüyünə görə müəyyən edir. Bu isə təhsilin mahiyyətini kommersiya predmetinə çevirir.”
Ekspert əlavə edir ki, 2024-cü ildə ölkədəki 170-dən çox özəl məktəbdə təhsil alanların sayı 65 min nəfəri ötüb. Bu, ümumi şagirdlərin təxminən 2,5 faizini təşkil edir: “Bu, dünya miqyasında yüksək göstərici sayılmasa da, artım tempi sürətlidir. Orta aylıq əməkhaqqının 950 manat olduğu bir ölkədə 54 900 manatlıq illik təhsil haqqı – yəni 50 aylıq maaş – sadəcə qeyri-proporsional deyil, həm də sosial ədalətə ziddir.”
Keyfiyyətli nəticələr varmı?
Kamran Əsədov bildirir ki, yüksək qiymət hər zaman yüksək nəticə anlamına gəlmir. Dövlət İmtahan Mərkəzinin 2023-cü il statistikası göstərir ki, 700 bal toplayan abituriyentlərin əksəriyyəti dövlət məktəblərinin məzunlarıdır.
“Bir çox özəl məktəbdə beynəlxalq proqramlarla təhsil verilir və bu, Azərbaycan universitetlərinə deyil, xarici təhsil planlarına uyğunlaşdırılıb. Bu isə bəzən valideynin gözləntisi ilə üst-üstə düşmür. Eyni zamanda, bir çox özəl məktəbdə, xüsusilə beynəlxalq proqramlarla çalışan müəssisələrdə universitetə qəbul göstəriciləri o qədər də yüksək deyil. Bunun səbəbi həmin məktəblərin Azərbaycan universitetlərinə deyil, xaricə yönəlik təhsil planları təqdim etməsi, DİM-in proqramından fərqli mühitdə şagird yetişdirməsidir. Bu isə bəzən valideynin gözləntisi ilə uyğun gəlmir” - ” -deyə, o, bildirib.
Özəl məktəblərin üstünlükləri və çatışmazlıqları
Ekspert əlavə edir ki, bütün hallarda özəl məktəbləri yalnız qəbul statistikası ilə dəyərləndirmək də məhduddur:“Bu müəssisələr aşağıdakı meyarlar baxımından dövlət məktəblərindən fərqlənirlər.
Birincisi, siniflərin sayı azdır və müəllim-şagird nisbəti təhsilin fərdiləşməsinə imkan verir.
İkincisi, psixoloji dəstək, karyera məsləhətləri, ikinci və üçüncü dilin öyrədilməsi, proqramlaşdırma və robototexnika kimi müasir komponentlər tədrisin bir hissəsidir.
Üçüncüsü, bu məktəblərdə uşağın akademik göstəricilərindən daha çox şəxsiyyət kimi inkişafına diqqət ayrılır. Bu da onu göstərir ki, özəl məktəblər formativ, layihə əsaslı, yaradıcılığa söykənən təlim modeli ilə çıxış edir. Bu aspektlər, dövlət məktəblərində bəzən arxa planda qalır”.

Ekspert bildirir ki, bu sahədə mənfi cəhətlər də kifayət qədərdir: “İlk növbədə, təhsil haqqının iqtisadi əsaslandırılmaması və qiymət artımının heç bir rəsmi tənzimləməyə məruz qalmaması ciddi problemdir. Hər il təhsil haqlarının 20–40% artması, lakin bunun müqabilində nə DİM nəticələrinin, nə də müstəqil akkreditasiyanın ictimaiyyətə açıq olmaması, özəl məktəblərin şəffaflığını sual altına alır.
Valideynlərin ödəniş etdiyi məktəbin qəbul faizi, məzunlarının uğuru, müəllim heyətinin kvalifikasiyası, müəllimə düşən şagird sayı və beynəlxalq akkreditasiya məlumatları cəmiyyətə təqdim olunmalıdır. Dünya təcrübəsində özəl təhsil keyfiyyət baxımından ictimai nəzarətə açıq sahədir. Məsələn, Böyük Britaniyada özəl məktəblərin fəaliyyətinə Ofsted adlı müstəqil qurum nəzarət edir və illik hesabatlar ictimaiyyətə təqdim olunur.
Finlandiyada isə özəl məktəblər dövlət məktəblərindən fərqlənmir və onlara əlavə təhsil haqqı qoymağa hüquqi məhdudiyyətlər var. Bu, təhsildə bərabərliyi qorumaq məqsədi daşıyır. Türkiyədə isə özəl məktəblərin hər birinin təhsil proqramı, müəllim sayı, sinif ölçüsü və nəticələri MEB-in (Milli Eğitim Bakanlığı) veb-saytında ictimaiyyətə açıqdır”.
Həll yolu nədir?
K. Əsədov xatırladır ki, Azərbaycanda isə bu sahədə tənzimləyici çərçivənin olmaması, qiymət artımlarının heç bir rəsmi əsaslandırma olmadan baş verməsi, ictimai hesabatlılıq mexanizmlərinin olmaması özəl təhsilin kommersiya obyekti kimi istifadəsinə şərait yaradır: “Bu səbəbdən Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəblər üçün şəffaflıq və hesabatlılıq standartları hazırlanmalı, onların illik nəticələri, ödəniş mexanizmləri, müəllim heyəti və proqramları ictimaiyyətə təqdim edilməlidir. Eyni zamanda, bu məktəblərə yönəlik maliyyə və nəticə auditi müstəqil qurumlar tərəfindən aparılmalıdır. Əgər bu tədbirlər həyata keçirilərsə, valideynlər daha şüurlu seçim edər, təhsil haqlarının yüksəlməsi bazar imici ilə yox, real nəticələrlə ölçülər, cəmiyyətin bütün təbəqələrinin təhsilə bərabər çıxışı təmin olunmuş olar. Əks halda, təhsil öz mahiyyətindən uzaqlaşaraq sosial status və iqtisadi göstəricilərlə ölçülən bir lüks xidmətə çevrilər. Təhsil isə lüks deyil, insan hüququ və cəmiyyətin inkişafının əsas sütunudur”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Müasir Təhsil Kompleksi

Bakı Oksford Məktəbi

ABC – Azərbaijan British College

"XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi

Sabis Sun İnternational School

Avropa Azərbaycan Məktəbi

“Kaspi” liseyi

Xəzər Universitetinin “Dünya məktəbi”

Azərbaycan Beynəlxalq Məktəbi (“TISA International School of Azerbaijan”)

“İdrak ” liseyi

Baku modern school

Oxbridge Academy

jj


