Icma.az
close
up
RU
Hamilə qadınların nəzərinə Bu xidmət pulsuzdur

Hamilə qadınların nəzərinə Bu xidmət pulsuzdur

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Hamiləlik zamanı yaranan, həm ananın, həm də dölün sağlamlığı üçün ciddi təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır.

Modern.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, preeklampsiya hamilənin qan təzyiqinin yüksəlməsi, proteinuriya (sidikdə zülalın miqdarının artması) və ödemlərlə xarakterizə olunan ciddi hamiləlik ağırlaşmasıdır.

"Bu vəziyyət hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edir. Xəstəliyin yaranma səbəbi plasentada (ciftdə) qan dövranının pozulması, immun sistemin pozğunluqları, ekstragenital xəstəliklər, qidalanma və ekoloji amillərlə əlaqələndirilir.

İxtisaslı həkim müayinəsi, ana və dölün sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, ambulator və stasionar müşahidə, USM və doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya), laborator analizlər və s. müayinələr, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı (tibbi göstəriş əsasında) icbari tibbi sığorta ilə qarşılanır.

Stasionar xidmət zamanı dərman, tibbi sərfiyyat və qidalanma icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Qeyd edək ki, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə təminata alınıb.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator xidmət göstərən tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə TƏBİB-in tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Fəsadlar arasında ciftin qopması, qanaxma, dölün bətndaxili inkişafının ləngiməsi və bətndaxili ölümü, insult, böyüklərdə tənəffüs çatışmazlığı, kəskin böyrək çatışmazlığı, ağciyər ödeminin inkişafı mümkündür. İlk hamiləlik, süni mayalanma, çoxdöllü hamiləlik, doğuşlararası zamanın 2 ildən az, 10 ildən çox olması, ananın yaşının 18-dən aşağı, 35-dən yuxarı olması, şəkərli diabet, xroniki hipertenziya, öncəki hamiləlikdə və ya ailə anamnezində (anada, bacıda) preeklampsiyanın olması bu xəstəliyin risk faktorlarıdır.

Preeklampsiya aşkar olunarsa, ana və dölün sağlamlıq vəziyyətini yaxından izləmək, mütəmadi tibbi müayinə və müalicə (pəhriz, fiziki aktivlik, antihipertenziv və qıcolma əleyhinə dərman preparatları) təyin olunmalıdır. Ağır preeklampsiya və eklampsiya zamanı isə hamilə qadın stasionar müşahidəyə alınır. Əsas müalicəsi hamiləliyin sonlandırılması, yəni döl və ciftin doğulmasıdır. Hamiləlik 37 həftəni keçibsə, hamiləliyin doğuşla və ya keysəriyyə kəsiyi ilə sonlandırılması tövsiyə olunur. Daha erkən hamiləlik müddətində, ağır preeklampsiya yaranırsa, ana və körpənin həyatı risk altındadırsa, vaxtından əvvəl təcili doğuş həyata keçirilə bilər.

Preeklampsiyanın yüngül, orta, ağır dərəcələri var. Ağır preeklampsiya zamanı kəskin baş ağrıları, ürəkbulanma və ya qusma, görmə pozğunluğu, daxili orqanların zədələnməsi əlamətləri - epiqastral və sağ qabırğaaltı nahiyyədə ağrılar, qəflətən yaranan və bütün bədəni əhatə edən yayılmış ödemlər (xüsusilə üz və ya bel-oma nahiyyəsi), sidik ifrazının azalması, sarılıq, dölün bətndaxili inkişafının ləngiməsi və s. kimi simptomlar müşahidə olunur",- deyə məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri