Icma.az
close
up
RU
Hamiləlik dövründə anemiya

Hamiləlik dövründə anemiya

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Hamilə qadınların bir çoxunda hamiləliyin 2-ci və xüsusən də 3-cü trimestrlərində (3-aylığında) anemiya inkişaf edir. Anemiyanı "qanazlığı" da adlandırırlar.

Lakin bu o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarı azalmış olur.

Anemiya özünü necə büruzə verir? Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik dövründə qadınlarda ağır formalı anemiyalar olduğu halda, onlarda ürəkdöyünmə ilə müşayət olunan ürək çatışmazlığı, bədəndə şişkinliklərin yaranması, arterial təzyiqin enməsi kimi əlamətlər də yarana bilər.

Adətən hamiləlik zamanı "dəmirdefisitli anemiya" diaqnozu qoyulur. Lakin bəzi hallarda qadında digər anemiya növləri inkişaf edə bilər - vitamin B12 və fol turşusunun çatışmazlığı ilə bağlı olan anemiya, hipoplastik, hemolitik anemiya. Bu anemiyaların simptomları, diaqnostikası və müalicəsi tamam fərqlidir.

Dəmir insan orqanizmində çox mühüm rol oynayır - hemoqlobin (oksigeni bütün orqan və toxumalara daşıyan zülal), qalxanvari vəzi hormonlarının sintezində iştirak edir, insan immun və sinir sistemləri üçün çox vacibdir və s. Dəmirdefisitli anemiya hamiləliyin gedişatına, gələcək uşağın səhhətinə mənfi təsir edir. Belə ki, anemiya hamiləlik dövründə müxtəlif fəsadların inkişaf etməsinə səbəb ola bilər: məsələn, toksikozlar, uşaqsalma, vaxtından əvvəl doğuş, doğuş zamanı fəsadlar və s. Hamiləlik dövründə analarında anemiya olan uşaqların bir çoxu 1 yaşına çatdıqca onlarda da dəmir çatışmazlığı qeyd edilir. Anemiyası olan qadınların uşaqları 1 yaşına qədər olan dövr ərzində digər uşaqlara nisbətən kəskin respirator virus infeksiyaları (KRVİ) ilə daha tez-tez xəstələnir, onlarda enterokolit, pnevmoniyalar, müxtəlif formalı allergiyaların (həmçinin diatezlərin) inkişaf etməsi ehtimalı da daha çox olur.

Hamiləlik zamanı dəmirdefisitli anemiyanın inkişaf etməsinin səbəbi ondan ibarətdir ki, bu vaxt qadının orqanizmində qanın həcmi (qanın maye hissəsinin - plazmanın - həcmi) xeyli artır və qan hüceyrələri (o cümlədən də eritrisitlər) çoxalmış qan həcmində sanki "seyrəlirlər". Nəticədə də anemiya yaranır.

Əgər hamiləlikdən əvvəl qadın orqanizmi üçün gün ərzində 1-2 mq dəmir kifayət edirdisə, hamiləliyin 2-ci trimestrində (4-5-6 aylar) 2-4 mq, 3-cü trimestrində (7-8-9 aylar) isə 10-12 mq (!) dəmir lazım olur.

Məhz bu səbəbdən də dəmirdifisitli anemiya 3-cü trimestrdə qadınların, demək olar, əksəriyyətində inkişaf edir. Uşağı dünyaya gətirdikdən və əmizdirdikdən sonra qadın orqanizminə dəmir ehtiyyatını bərpa etmək üçün ən azı 3 il vaxt lazım olur. Bu və digər səbəblərə görə həkimlər doğuşlar arası 3 il fasilə verməyi tövsiyə edirlər. Bu şərtə əməl edilmədiyi halda qadının sonrakı hamiləlikdə daha ciddi problemlərlə üzləşməsi ehtimalı dəfələrlə artır.

Həkimlərin ümumi rəyinə əsasən, hemoqlobinin 90-110 q/l olması ilə müşayiət olunan anemiyaları hamilə qadınlar nisbətən yüngül şəkildə keçirirlər. Hemoqlobinin miqdarı 80-89 q/l olduqda bu orta dərəcəli anemiya, 80 q/l-dən az olduqda isə bu, ağır formalı anemiya hesab olunur.

Hamilə qadınlarda anemiyanın müalicəsində pəhizin böyük rolu vardır. Çox yayılmış belə bir səhv fikir mövcuddur ki, anemiyası olan qadınlar əsasən tərkibində dəmir olan meyvə və tərəvəzlər yeməlidirlər. Düzünə qaldıqda isə, bu zaman əsas diqqət ət məhsullarının (xüsusən heyvan ətinin) qəbuluna yönəldilməlidir. Belə ki, ət məhsullarının tərkibindən orqanizmə sorulan dəmirin miqdarı bitki məhsullarına nisbətən dəfələrlə çoxdur. Ancaq bu zaman meyvə və tərəvəzlərin qəbulunu da yaddan çıxarmaq lazım deyil! Xususi müalicəvi qidalar (misal üçün, apteklərdə satılan "hematoqen") da yaxşı effekt verir.

Nəzərinizə çatdıraq ki, bəzi qidaların eyni zaman qəbul edilməsi dəmirin sorulmasına mane olur. Belə ki, ətdən hazırlanan yeməklərlə eyni zaman və ya dərhal sonra çay, süd içmək, pendir, şor, ispanaq, kahı, yumurta, yarmaları yemək, kalsium preparatları qəbul etmək dəmirin sorulmasını çətinləşdirir. Əksinə isə sitrus meyvələri, pomidor, kələm, kartof, bolqar bibəri, banan, qatıq, kefir, ayran, C vitamini preparatları dəmirin sorulmasına kömək edir.

Əksər hallarda hamilə qadınlarda olan anemiyaları yalnız pəhrizə əməl etməklə aradan qaldırmaq mümkün olmur. Bu halda həkimlər onlara tərkibində dəmir olan müxtəlif preparatlar təyin edirlər.

Apteklərdə tərkibində dəmir olan bir çox dərman preparatları satılır. Hər bir halda belə preparatı yalnız həkim seçməli və təyin etməlidir. Düzgün seçilməyən preparatın qəbulu ürəkbulanma, qəbizlik, qusma, mədənin selikli qişasının zədələnməsi, dəmirin qadının və gələcək uşağın müxtəlif orqanlarında yığılması ilə nəticələnə bilər.

Anemiyası olan qadınlara dəmir preparatları adətən həb (tablet) və ya kapsula şəklində daxilə qəbul etməklə təyin olunur. Nadir hallarda isə, məsələn, dəmir preparatının mədə-bağırsaq sistemindən sorulması prosesi pozulduqda və ya onların daxilə qəbulundan sonra qadınlarda ürəkbulanma və qusma kimi əlamətlər yarandıqda, mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi və digər bu kimi hallarda, dəmir preparatları hamilə qadınlara inyeksiya (iynə) şəklində təyin oluna bilər.

Dəmir preparatları ilə birlikdə qadına askorbin (C vitamini) və fol turşusu təyin olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see242

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see126

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see123

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri