Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Hamiləlik zamanı ağrıların SƏBƏBLƏRİ

Hamiləlik zamanı ağrıların SƏBƏBLƏRİ

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hamiləlik zamanı qadınların bir çox hissəsi ağrılarla üzləşir. Bəzən belə ağrılar hamiləliklə, bəzən isə digər xəstəlik və pozulmalarla bağlı olur.

Adətən qarın nahiyyəsində olan ağrılar qadınları çox narahat edir. Lakin bu heç də o demək deyil ki, hamiləlik təhlükə altındadır. Belə ağrılar mədə-bağırsaq sistemində olan pozulmalarla əlaqəli ola bilər. Ümumillikdə isə hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir.

Qəbizlik ağrılara və ağırlıq hissiyyatının əmələ gəlməsinə səbəb ola bilər. Bu kimi hallarla mübarizə aparmaq üçün qadın hamiləlik zamanı düzgün qidalanmalı, gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etməlidir və kifayət qədər su içməlidir. Bundan əlavə hamilə qadın mümkün qədər çoxlu gəzməli və fiziki hərəkətlər etməlidir ki, bağırsaqların fəaliyyəti yaxşılaşsın.

Ağrıların digər səbəbi - uşaqlığı saxlayan bağların dartılmasıdır. Döl böyüdükcə uşaqlığın da ölçüləri artır ki, nəticədə bağlar daha da dartılır. Bağların dartılması ilə bağlı olan ağrı kəskin və cəld hərəkətlərdən, asqırmaqdan, ağır əşyaların qaldırmasından sonra daha güclü ola bilər. Ağrı bu zaman kəskin olsa da qısamüddətli olur. Ağrısızlaşdıran preparatlardan istifadə etmək tövsiyə edilmir. Sadəcə qadın daha asta hərəkət etməli və özünü bir qədər qorumalıdır.

Güclü fiziki gərginliklər də qarın əzələlərin həddən artıq gərginləşməsinə səbəb olaraq ağrılara gətirib çıxara bilər. Bu halda sadəcə uzanmaq və bir qədər dincəlmək lazımdır.

Saglamolun.az bildirir ki, əgər qarında olan ağrılar yüksək hərarət, ürəkbulanması, başgicələnməsi ilə müşayiət olunursa, tez bir zamanda "təcili yardım" çadırmaq lazımdır. Bu simtomlar appendisit, pankreatit, bağırsaq keçməməzliyi və s. təhlükəli xəstəliklərin simptomları ola bilər.

Təəssüf ki, hamiləlik zamanı qarında olan ağrılar ginekoloji problemlərə də işarə edə bilər. Bu ağrı hamiləliyin pozulmasının təhlükəsindən xəbər verə bilər. Bu halda ağrılar sızıldayan olur, bel nahiyəsinə yayılır və doğuş sancılarını xatırladır. Belə ağrılar cinsiyyət yollardan gələn ifrazatlarla (ifrazatların rəngi aşıq qəhvəyidən qırmızıya qədər ola bilər) müşayiət oluna bilər. Belə simptomlar meydana çıxandıqda dərhal həkimə müraciət etmək lazımdır. Qadın "təcili yardım" çağırmalı, özü isə uzanmalı və sakitləşməyə çalışmalıdır. Lazım olduqda qadın xəstəxanaya yerləşdirilə bilər.

Ağrıların səbəbi o cümlədən uşaqlıqdan kənar hamiləlik ola bilər. Bu səbəbdən hamiləliyin erkən müddətlərində USM-dən keçmək lazımdır ki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun. USM zamanı hamiləliyin təxminən 4-cü-5-ci (bəzən 6-cı) həftələrində (axırıncı menstruasiyanın birinci günündən sayılır) uşaqlıq boşluğunda döl yumurtası izlənilməlidir. Döl yumurtası izlənilmirsə, uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olur. Bu halda qadına təkrar USM təyin olunur. Uşaqlıqdan kənar hamiləlik qadının səhhəti və bəzən hətta həyatı üçün ciddi təhlükə yaradır və bu səbəbdən aşkar olunduqdan sonra mütləq pozulmalıdır. Bunun üçün xüsusi dərman preparatları və ya nadir hallarda cərrahi üsullar tətbiq oluna bilər.

Hamiləlik zamanı bir çox qadınlar baş ağrılarından əziyyət çəkir. Baş ağrısı başının bir hissəsində yarana bilər (miqren tutması) və ya yayılmış xarakter daşıya bilər (gərginlik baş ağrıları). Adətən bu hallarda həkimlər, xüsusən hamiləliyin əvvəlində, heç bir dərman preparatları təyin etmir və sadəcə daha çox dincəlmək və açıq havada olmaq məsləhət edirlər. Lakin bəzən hamilə qadında olan baş ağrıların səbəbləri daha ciddi olur - beyin qan dövranının pozulmaları, arterial təzyiqin qalxması, böyrək xəstəlikləri, ağır toksikozlar. Bu xəstəliklər və pozulmalar hamiləlik və bəzən hətta qadının həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən hamiləlik zamanı baş ağrıları ilə üzləşdikdə mütləq həkimə müraciət edib lazım olan müayinə və analizlərdən keçmək lazımdır.

Hamiləlik zamanı süd vəziləri böyüyür və onlarda müəyyən ağrılar və diskomfort yarana bilər. Məsələ burasındadır ki, hamiləlik zamanı süd vəzilərində dərin struktur dəyişikliklər baş verir ki, nəticədə süd vəziləri laktasiyaya (əmizdirmə) hazırlaşır.

Bu ağrılarla "mübarizə aparmaq" mümkün deyil. Lakin diskomfort hissiyyatı azaldmaq üçün ölçülərinizə uyğun olan rahat sıxmayan büstqalter taxın və qollar və çiyinlər üçün olan asan fiziki hərəkətlər edin (bu süd vəziləri saxlayan əzələ və bağları möhkəmləndirir).

Hamilə qadınların əksəriyyəti (xüsusən hamiləliyin axırıncı aylarında) bel nahiyəsində olan ağrılardan əziyyət çəkir. Bu qadının onurğa sütununa olan gərginliyin artmasından və qarın əzələlərinin zəiflənməsindən irəli gəlir. Adətən bel ağrıları hamiləliyin 5-ci ayından sonra başlayır və yalnız doğuşdan sonra yox olur. Bəzən ağrı ayağa da yayılır ("vurur") və adətən fiziki gərginlikdən, uzun müddət ərzində gəzmək, ayaq üstə durmaq və ya oturmaqdan sonra daha da şiddətlənir. Belə ağrılar hamiləlik üçün heç bir təhlükə yaradmasa da hamilə qadını çox narahat edir. Həkimlər kalsiumla zəngin olan məhsullarını qəbul etmək, bel nahiyəsini mümkün qədər "qorumaq" (kəskin əyilməmək, ağır əşyaları qaldırmamaq və s.), ortopedik döşəkdə yatmaq, qarın və bel əzələlərini möhkəmləndirən xüsusi fiziki hərəkətləri etmək, üzgüçülük və akva-aerobika ilə məşğul olmaq tövsiyə edirlər.     

Bel nahiyəsində olan ağrılar hərarətin qalxması, ödemlərin əmələ gəlməsi, baş ağrılar və arterial təzyiqin qalxması, tezləşmiş sidik ifrazı ilə (sidik bulanlıq, iyli, qan və irin qarışıqlı ola bilər) müşayiət olunursa, bu böyrək xəstəlikləri ilə bağlı ola bilər. Hamiləlik zamanı böyrək xəstəliklərinin inkişaf etməsi və ya kəskinləşməsi hamiləlik üçün təhlükə yaradır. Bu səbəbdən qadın dərhal həkimə müraciət etməlidir.

Bəzən hamiləlik zamanı qadınlar sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi və ağrılar hiss edir. Bu öd yolları və öd kisəsinin diskineziyasının simptomları ola bilər. Böyüməkdə olan uşaqlıq qarın boşluğunda yerləşən orqanlara (o cümlədə, öd kisəsinə) təzyiq edərək onların fəaliyyətini pozur ki, nəticədə həzm prosesin çətinləşməsi, meteorizm,  qəbizlik, öd kisəsinin diskineziyası kimi pozulmalar meydana çıxır. Həkimə müraciət edərək USM-dən keçmək lazımdır. Diaqnoz təsdiq olunduqda, həkim müəyyən pəhriz təyin edəcək.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri