Icma.az
close
up
RU
Dizlərdə ağrıların səbəbləri

Dizlərdə ağrıların səbəbləri

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Diz oynağı daim yükləmələrə məruz qalır. Gün ərzində biz daim otururuq, qalxırıq, əyilirik, hər hansı əşyaları qaldırırıq və daşıyırıq və s.

Diz oynaqları həmçinin tez-tez müxtəlif travmalara və soyuqlamalara məruz qalır. Nəticədə diz oynaqlarında hər hansı pozulma və ya xəstəlik inkişaf edə bilər ki, bunun nəticəsində biz dizlərimizdə ağrılar  hiss etməyə başlayırır.

Dizlərdə ağrıların səbəbləri müxtəlif ola bilər:

- Diz travmaları (sınıqlar, çıxıqlar, bağların və vətərlərin gərilməsi və ya yırtılması). Diz travmalarına tez-tez rast gəlinir. Belə travmalar çox təhlükəlidir ki, bir müddət sonra belə travmaların fonunda oynaqlarda ciddi xəstəliklər inkişaf edə bilər.

- Qonartroz dizdə olan xroniki ağrıların ən yayılmış səbəbidir. Bu xəstəlik illər ərzində inkişaf edir. Xəstəliyin əvvəlində ağrılar insanı pilləkənlə qalxdıqda, uzun müddət ərzində gəzdikdə və digər yükləmədən sonra narahat etməyə başlayır. Sakit vəziyyətdə ağrılar adətən olmur. Xəstə dizində xırıltı səsi eşidir, oynaqda sıxılma hissi yaranır, oynağın hərəkətliliyi azalır. Xəstəlik inkişaf etdikcə burada keçən sinirlər və damarlar sıxılır ki, nəticədə dizdə ağrılar daimi olur (həm hərəkət zamanı, həm də sakit vəziyyətdə), diz oynağının forması dəyişilir, oynağın hərəkətliliyi daha da azalır.

- Menisklərin xəstəlikləri (meniskopatiyalar və menisk kistaları). Adətən ağrılar bir dizdə hiss olunur. Xəstəlik travmadan və ya dizin uzun müddət ərzində zədələnməsindən sonra inkişaf edir. Xəstəlik xroniki xarakter daşıyır. Bu xəstəliklər zamanı oynağın deformasıyası baş vermir. Lakin vaxt keçdikcə bu pozulmaların fonunda qonartroz inkişaf edə bilər.

- Artrit. Bu xəstəlik zamanı diz oynağı şişir və qızarır, ağrılar gecə saatlarında, hava dəyişildikdə, sakit vəziyyətdə güclənir.

- Diz oynağının qan dövranınnın pozulması. Bu hala yeniyetmələrdə tez-tez təsadüf edilir. Yeniyetməlik dövründə boyatma prosesi çox sürətlə gedir və bəzən orqanizm bu boyatma prosesinə dərhal uyğunlaşa bilmir. Nəticədə dizlərdə ağrılar ola bilər. Müəyyən müddətdən sonra bu ağılar adətən izsiz olaraq keçir. Bu ağrılar yükləmədən, soyuqlamadan sonra arta bilər, yüngül massajdan sonra keçir.

- Vətərlərin iltihabı. Ağrı dizdə pilləkənlə qalxdıqda, ağır əşyaları daşıdıqda əmələ gəlir. Ağrılar adətən dizin altında hiss olunur. Vaxt keçdikcə oynağın hərəkətliliyi pisləşir.

- Diz oynağının bursiti - bir və ya bir neçə oynaq kisələrinin iltihabı. Bu pozulma zamanı insan dizdə ağrı hiss edir, diz qızarır, ödemləşir, diz oynağında hərəkətlilik azalır.

- Diz qapağının xondropatiyası. Bu xəstəlik zamanı diz qapağının qığırdağında deqenerasiya prosesləri baş verir ki, nəticədə diz qapağı fəaliyyətdən qalır. Bu pozulmanın səbəbi köhnə travma və ya dizin xroniki zədələnməsi ola bilər (məsələn, hər hansı peşənin xüsusiyyəti ilə bağlı). Ağrılar istənilən hərəkət zamanı əmələ gəlir, dizdə şaqqıltı, xışıltı eşidilir. Diz oynağı, faktiki olaraq, fəaliyyət göstərmir.

- Diz qapağının osteoxondrit xəstəliyi. Bu xəstəlik zamanı diz oynağında olan qığırdaq oynağın səthlərindən tədriclə hopur. Xəstəliyin əvvəlində ağrılar güclü olmur. Qığırdaq oynaqdan tam ayrıldıqda diz oynağı artıq işləmir.

- Sümüklərin şişləri (xoş və ya bədxassəli). Bu zaman dizdə ağrıların səbəbi şişin böyüməsi və ətrafdakı toxumaların sıxılmasıdır.

Bəzən xəstəlik bilavasitə dizdə deyil, onurğa sütununda (osteoxondroz, yırtıq, protruziya), bud-çanaq oynağında (koksartroz), əzələlərdə yaranır və ağrılar, o cümlədən, dizdə də hiss olunur.

Həmçinin dizlərdə ağrıların səbəbi orqanizmin sistem xəstəlikləri (sümük vərəmi, osteoporoz, osteomiyelit, poliartrit və s.) də ola bilər. Bəzi infeksion xəstəliklər zamanı da diz oynaqlarında ağrılar olur (məsələn, Reyter sindromu, Laym xəstəliyi).

Beləliklə, dizlərdə olan ağrıların səbəbləri olduqca çoxdur. Dizlərdə ağrıları hiss etdikdə, vaxt itirmədən ortopedə müraciət edin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri