Icma.az
close
up
RU
Hamiləlik zamanı KOSMETİK PROBLEMLƏR. Səbəblər və həlli

Hamiləlik zamanı KOSMETİK PROBLEMLƏR. Səbəblər və həlli

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Medicina.az Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim edir.

Ana namizədlərini rahat bir hamiləlik keçirib-keçirməyəcəkləri və körpələrinin sağlamlığı təbii olaraq narahat edir. Hamiləliyin ikinci üç aylığına çatdıqdan sonra bu narahatlıqlar bir az azalır və kosmetik məsələlər daha çox əhəmiyyət kəsb etməyə başlayır. Bu məsələlərin ən birincisi də şübhəsiz ki, hamiləlikdə ortaya çıxan yay mövsümündəki günəş ləkələri və qarın çatlarıdır. Hamiləlik bəzi dəri dəyişikliklərinə səbəb ola bilər. Bu dəyişikliklərin böyük əksəriyyəti hormonal dəyişikliklərlə əlaqədardır. Üzdə rəng dəyişiklikləri, ovuc içərisində qızartı və qaşıntılı dəri səpkilərinə nisbətən daha nadir hallarda rast gəlinir. Demək olar ki, bütün hamilə qadınlarda müşahidə olunan bir dəyişiklik də qarının ortasından keçən qara bir zolağın ortaya çıxmasıdır. Lakin analığa namizədləri ən çox narahat edən üzdə yaranan hamiləlik ləkələri və qarında yaranan dəri çatlarıdır.

İlk növbədə onu qeyd etmək lazımdır ki, hamiləlikdə gün ərzində 1.5 litrə yaxın su içmək mütləqdir, isti yay günlərində isə bu miqdar daha da arta bilər. Dərinin sağlamlığı birbaşa maye və qida qəbulundan asılıdır. Susuzluq - dərinin qurumasına, rəngin dəyişməsinə və xəstəliklərə daha həssas olmasına gətirib çıxardar. Odur ki, hamilə xanımlarımıza məsləhətimiz qızmar yay günlərində su qəbulunu unutmamaqdır. Dəri təmizliyinə diqqət yetirməklə yanaşı, hər dəfə bayıra çıxanda günəş qoruyucu kremlərdən istifadə də vacibdir. Çimərlikləri və günəşlənməyi sevən hamilə xanımlara isə qoruyucu krem və ya sprey istifadə etməklə səhər saat 10-a qədər və 16-dan sonra 30 dəqiqədən çox olmamaq şərtilə günəş qəbul etməyə icazə verilir.

Dəridə meydana çıxan çəhrayı ağ rəngli, yara izinə bənzər dəyişikliklər stria gravidarum və ya hamiləlik çatları adlandırılır. Tipik görünüşü dəridə kiçik və çox dərin olmayan çöküntülər şəklindədir. Açıq dərili qadınlarda bu, çəhrayıya bənzər bir rəngdə ola bilər. Tünd dərililərdə isə ətrafındakı dəri rəngindən olduqca açıq rəngdə, hətta gümüş rəngində görüntüsü olur. Dəridə olan kollagen adı verilən maddənin ayrılmasına görə ortaya çıxırlar. Ağrılı olmur, lakin yüngül qaşınmaya səbəb olur. Həm mexaniki gərilmədən asılı olaraq, həm də hormonal səbəblərlə ortaya çıxa bilər. Ən çox qarnın alt nahiyələrində görülməklə yanaşı, ombalarda, budlarda, döşlərdə və hətta qollarda belə, ortaya çıxa bilər.

Çatların yaranmasında ən mühüm amil genetik amildir. Zənci qadınlarda dəri çatları demək olar ki, müşahidə olunmur. Asiyalılarda daha nadir hallarda rast gəlinir. Ağ dərili qadınların isə təxminən 75-90%-də  müxtəlif nisbətlərdə qarın və ya dəri çatlarına rast gəlinir. Başqa sözlə desək, anası və ya bacılarında hamiləlik çatları olan qadınlar çox böyük ehtimalla belə bir problemlə üzləşəcəklər.

Qarın çatları əsasən son 3-4 ayda yavaş-yavaş ortaya çıxır. Lakin bəzi vaxtlar son 3-4 həftəyə qədər aşkar olunmayıb, daha sonra ortaya çıxa bilər.

Genetik amildən başqa qarın çatları üçün digər bir risk amili çəkinin ani və çox sürətlə artmasıdır. Qarnın sürətlə böyüməsi nəticəsində dəri dartılır və elastikliyini itirir, bu da çatların yaranmasına gətirib çıxarır. Bu səbəbdən də çəkinin nəzarətli və ideal sərhədlərdə artması çatların yaranmasının müəyyən qədər qarşısını ala bilir. Yaranan çatlar təəssüf ki, doğuşdan sonra da itmir. Rəngi dəyişərək gümüşü və ya sədəfəbənzər bir rəng alırlar. Bəzi qadınları bu vəziyyət narahat etmir və bunu ana olmağın bir işarəsi olaraq qəbul edirlər. Bəziləri isə çatlardan xilas olmaq istəyir. Bu məqsədlə inkişaf etdirilmiş bir çox cərrahi metod vardır və bu metodlar plastik cərrahlar tərəfindən həyata keçirilir.

Qarın çatları və bunların qarşısının alınması təbii ki, kosmetika istehsalçılarının da diqqətini cəlb edir. Bu məqsədlə istehsal edilən bir çox məhsul bazara çıxarılmışdır. Lakin bunların çatların qarşısını alması və yaranan çatları aradan qaldırması hələ də mübahisəlidir və elmi olaraq effektivliyi sübut olunmuş bir məhsul yoxdur. Bununla yanaşı bu məhsulların istifadəsinin inkişaf etməkdə olan körpəyə və hamilə qadına mənfi təsiri də yoxdur.

Çatların qarşısının alınmasında ən effektiv tədbir dərinin nəmliyini qorumaqdır. Bu da balanslı, sağlam bir qidalanma və kifayət qədər maye qəbulu ilə mümkündür. Hamiləlikdə su qəbulunun əhəmiyyəti çatların qarşısının alınmasında da özünü göstərir. Balanslı qidalanma ani və həddindən artıq çəki artmasına mane olduğu üçün qarın dərisinin lazım olduğundan artıq dartılmasının qarşısını alır. Bu ani dartılma çatın yaranmasında mühüm rol oynayır.

Duş qəbulu zamanı qarnı yumşaq bir süngər və ya fırça ilə dairəvi şəkildə masaj etməklə də dəridəki qan dövranını sürətləndirərək elastikliyinin qorunmasına kömək etmək olur.
Hamiləliyin ikinci üç aylığından başlayaraq müntəzəm şəkildə dərinin nəmləndirilməsi də görülən digər bir tədbirdir. Bu məqsədlə bazarda satılan kosmetika məhsullarından istifadə oluna bildiyi kimi sadə nəmləndiricilər, uşaq üçün yağlardan və badam yağından da istifadə olunur. Bunların arasında badam yağı xoşagəlməz qoxusuna baxmayaraq ən effektiv variantdır. Bu məhsulların əsas ortaq cəhəti odur ki, dərinin ani dartılmağa qarşı müqavimətini artırır.

Qısaca olaraq

- Ailə anamnezi və genetik meyllilik çatların yaranmasında mühüm rol oynayır.  Ananız və ya bacılarınızda varsa, böyük ehtimalla sizdə də yaranacaqdır.

- Əgər əvvəlki hamiləliklərinizdə çat yaranmışsa, bu hamiləliyinizdə də yaranma ehtimalı yüksəkdir. Əvvəldən qalan çatların rəngi müvəqqəti olaraq tündləşə bilər.

- Çəkinin anidən artması. Çəkiniz birdən-birə və sürətlə artmışdırsa, çatlarla qarşılaşma ehtimalınız olduqca yüksəkdir.

- Qidalanma vəziyyəti. Kifayət qədər maye qəbul edən və balanslı qidalanan qadınlarda çatların daha az və daha zəif dərəcədə olduğunu unutmayın.

- İrqin əhəmiyyətini də yadınızda saxlayın.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri