Icma.az
close
up
RU
Hamiləlikdə dəri dəyişiklikləri

Hamiləlikdə dəri dəyişiklikləri

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hamiləlik dövründə görünən hormonal aktivlik bədənimizdə bir çox funksiya və xarici görünüş dəyişikliklərinə səbəb olur.

Bu zaman müddətində dəridə də dəyişikliklər baş verir. Hamilə qadında hansı problemlərin olub-olmayacağını qabaqcadan müəyyən etmək mümkün olmur. Ana olmağa hazırlaşan bəzi qadınlarda hamiləlik dövründə heç bir dəri problemləri olmasa da, bəzilərində isə ləkələr, dəri quruluğu, qarında çatlar, qaşıntı və s. kimi problemlər ortaya çıxa bilir. Bu cür dəri problemləri sırf hamiləlik zamanı hormonal dəyişikliklərlə bağlı və ya daha öncədən olan dəri xəstəliklərin şiddətlənməsi ilə bağlı ortaya çıxa bilər.

- Pigmentasiyanın artması - məmə uclarında və digər nahiyələrdə tündləşmə. Hamilə qadınların 70-90%-ində hormonal dəyişikliklərlə bağlı məmə ucu, qoltuq altı və qasıq nahiyələrində dəri rənginin tündləşməsi müşahidə olunur.

- Line nigra - latınca "qara xətt" deməkdir. Anatomik olaraq göbək deşiyi ilə qasıqların tam ortasında yerləşən pubis`ə doğru uzanan ağ xəttin tündləşməsiylə ortaya çıxan xətdir. Hamiləlikdən sonra öz-özünə keçib gedir.

- Strialar - "çatlar" . Hamiləlikdə qadınların çoxunda qarın, bud və sinə nahiyələrdə çatlar ortaya çıxır. Bu dərinin aşırı dərəcədə dartılması ilə bağlı olaraq əmələ gəlir. İlk öncə qırmızı rəngdə xətlər şəklində olan bu çatlar zaman keçdikcə dəri rənginə dönüşür. Bu çatlar kosmetik problem yaradacaq qədər yayıla bilər. Çatların əmələ gəlməsi genetik faktorlarla bağlıdır. Bəzi qadınlarda hamiləlik dövründə çəkinin çox olmasına baxmayaraq heç bir strialar yaranmır, amma bəzilərinin çəkisi az olsa da dəridə çatlar yaranır. Bu problemin qarşısını almaq üçün hamiləliyin ən erkən dönəmlərində "antistrech" kremlərindən istifadə etmələri tövsiyə olunur. Bu kremlərin istifadə məqsədi dərini nəmləndirib dartılmasına kömək etməkdir. Sonda onu da vurğulamaq istəyərdim ki, maye qəbulu da çox vacibdir. Bədənə daxil olan mayenin  miqdarı yetərsiz olsa dəri elastikliyi azalır və çatların yaranması daha da asanlaşır.

- Ləkələr – "melazma".  Üzdə pigment dəyişiklikləri (melazmalar) ən çox yanaq, alın, üst dodaq, burun və çənədə qəhvəyi rəngdə ləkələr şəklində ortaya çıxır. Xüsusilə də bahar və yay mövsümlərdə günəşin bu mənfi təsirlərdən qorunmaq üçün mütləq günəşdən qoruyucu SPF faktorlardan düzgün istifadə etmək lazımdır.

Əziz hamilə xanımlarımız, bütün SPF faktorların qoruyucu müddəti 2 saatdır, hətta günəş qoruyucu kremlərini buludlu havalarda da hara getsəniz özünüzlə çantanızda aparın və hər 2 saatdan bir mütləq üzünüzə çəkin.

- Hemangiomalar.  Ən çox üz və boyun nahiyələrdə hörümçək şəkildə və bədənin müxtəlif nahiyələrində qırmızı xallar kimi görünən hemangiomalar hamiləlik dövründə ortaya çıxa bilər. Bəzən hamiləlik bitdikdən sonra hemangiomalar da yoxa çıxır. Bir şikayət vermədikcə müalicəyə ehtiyac yoxdur.

- Ovuc içi qızartılar. Hamiləlik dövründə fizioloji olarak ortaya çıxan qızartılar ovuç içlərində və nadir hallarda ayaq dabanlarda görünür. Bu qızartılara qaşıntı şikayəti də əlavə olunur. Hormonal dəyişikliklərlə bağlı olan bu problem ümumilikdə nəmləndirici kremlərlə bərpa olunur.

- Dəri quruluğu və qaşıntı. Dəri quruluğun əsas səbəbi körpənin bədəndə mövcud olan mineral və vitaminləri qəbul etməsidir. Buna görə də ana bədəni lazımlı dərəcədə maye qəbul etməzsə və bəslənməsə dəridə quruluq daha da artar. Ən çox üz və qarın dərisində quruluq qaşıntı yaradıb müxtəlif səpkilərə yol aça bilər. Əziz hamilə xanımlar,  tez-tez nəmləndirici kremlərdən istfadə edin.

Uzman Dr. Lalə Cahangirova

Dermatoloq

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:315
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri