Icma.az
close
up
RU
Hamiləlikdə əmizdirmək olarmı?

Hamiləlikdə əmizdirmək olarmı?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əgər hamilə olduğunuzu öyrəndinizsə, körpənizi dərhal süddən ayırmağa ehtiyac yoxdur. Bəzi körpələr hamiləliyin əvvəlində südün dadında baş verən dəyişiklik səbəbi ilə özləri süddən kəsilirlər.

Və ya hamiləliyin 4-cü ayında qadın südünün azaldığını hiss etdikdə körpə özü süddən ayrıla bilər.

Bəzi körpələr isə hamiləliyin sonuna yaxın, ananın südü “ağuz südünə” çevrildikdə və ya yeni körpə doğulduqdan sonra, ana bir neçə gün xəstəxanada qaldıqda və körpəsi ilə ayrılmaq məcburiyyəti olduqda, və ya yeni doğmuş ananın süd vəzilərinin əmələ gətirdiyi südün miqdarı əvvəlki körpənin tələblərinə uyğun gəlmədikdə, körpə özü süddən ayrılır. Hamiləlik zamanı baş verən dəyişikliklərə baxmayaraq, körpənizi əmizdirməyə davam etməyə can atırsızsa, onda körpəni süddən ayırmağınıza ehtiyac yoxdur.

La Leche League təşkilatının süd əmizdirən 503 hamilə üzvü arasında keçirilmiş araşdırma göstərib ki, körpələrin 69%-i hamilələiyin müəyyən dövründə süddən ayrılıbdır. Lakin heç kim bilə bilməz ki, o körpələrin anaları hamilə olmasa idilər, onlar süddən nə vaxt ayrılardılar.

Hamilə olduğunuz vaxt süd əmizdirmək barədə bəzi narahaçılıqlarınız ola bilər. Əgər rasionunuzda yaxşı balanslaşdırılmış, qidalandırıcı yeməklərdən istifadə edirsizsə, onda körpənizə ziyan gələcəyindən qorxmaya bilərsiz. Bəzi analar narahatlıq keçirir ki, hamiləlik zamanı süd əmizdirsələr, bu uşaq salmaya səbəb ola bilər. Lakin bu məsələni şübhə altına salan bir çox səbəblər var və uşağını salmış anaların əksəriyyəti hamiləlik zamanı süd verən analar olmayıb.

Hilari Flauer, öz “Adventures in Tandem Nursing: Breastfeeding During Pregnancy and Beyond” kitabında hamiləlik zamanı döş giləsinin stimulyasiyasının dölə təsiri barədə araşdırmanın nəticələrini gözdən keçirərək belə nəticəyə gəlir ki, normal hamiləlik zamanı, hamiləlik tam başa çatana qədər döş giləsi stimulyasiyasının təsirinin qarşısını alan səbəblər mövcuddur. Bəs riskli hamiləlik zamanı və ana sancı tutmaları hiss edirsə necə? O körpəsini süddən ayırmalıdırmı?

Hillari Flauer belə deyir: “Ən yaxşı qərarı necə vermək olar? Yadda saxlayın ki, körpəni süddən ayırmaq, hamiləliyinizi sağlam başa çatdıracağınıza zəmanət vermir. Davam etdirmək isə, heç də uşağınızı salacağınız anlamına gəlmir. Ana özü öz vəziyyətindən asılı olaraq düzgün qərarı verməlidir. Bəzən düzgün qərar körpəni süddən ayırmaq…bəzən isə davam etdirmək olur”.

Hamiləliyiniz zamanı hiss eləyə bilərsiz ki, körpənizi əmizdirməkdən həzz almırsız. O zaman “tədricən və sevgi ilə” süddən ayırma barədə tövsiyyələrə əməl etməklə körpənizi süddən ayırmağı məsləhət görürük. Sizin ailəniz üçün ən məqsədəuyğun qərarı vermək sizin özünüzə qalır.

Hillari Flauer: “Süddən ayırıb-ayırmama ziddiyyəti qarşısında qalan ana cəsarətli qərar verməlidir. Bu çətin qərarı verən ana, düzgünlük və mərhəmət hisslərini əsas alaraq, özünün və körpəsinin ehtiyaclarını dəyərləndirməlidir. Əsas odur ki, verdiyiniz qərarda inamlı olasız”.

Mənbə: La Leche League International, “The Womanly Art of Breastfeeding”, Seventh Revised Edition

Tərcümə: Xumar Ərşadlı

Əlavə: İslam alimlərinin əksəriyyətinin rəyinə görə hamilə qadın əmizdirməni davam edə bilər. Bu mövzuda “Səhih Muslim” (1442) hədislər toplusunda belə bir hədis rəvayət olunubdur:
عَنْ جُدَامَةَ بِنْتِ وَهْبٍ الْأَسَدِيَّةِ رضي الله عنها أَنَّهَا سَمِعَتْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : ( لَقَدْ هَمَمْتُ أَنْ أَنْهَى عَنْ الْغِيلَةِ ، حَتَّى ذَكَرْتُ أَنَّ الرُّومَ وَفَارِسَ يَصْنَعُونَ ذَلِكَ فَلَا يَضُرُّ أَوْلَادَهُمْ ).
Hədisin mənası: Cudamə bintu Vahb Əl-Əsədiyyədən ( Allah ondan razı olsun)  Rasulullahın( Allah salamı və xeyir duası və xeyir duası onun üzərinə olsun) belə dediyini eşitdiyi rəvayət olunur: “Ğiyləni” qadağan etmək istədim, ancaq rumluların və farsların bunu etdiyini və övladlarına heç bir ziyanı olmadığını xatırladım”. İbn Useymin( Allah ona rəhmət etsin) “Ğiylə” kəliməsi-hamilə qadının uşağını əmizdirməsi mənasına gəldiyini buyurub.
Səba Kazımova

Vib.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri