Hamiləlikdə “iki nəfərlik yemək” yanlışı: Gündəlik qidalanma necə olmalıdır?
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hamiləlik dövründə düzgün və balanslı qidalanma həm ananın, həm də körpənin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Dietoloq Deniz Ayşen Demir, bu dövrdə sosial mediada yayılan yanlış məlumatlara qarşı xəbərdarlıq edərək, “iki nəfərlik yemək” düşüncəsinin səhv olduğunu bildirib.
News24.az xəbər verir ki, Demirə görə, sağlam hamiləlik pəhrizi bütün qida qruplarından kifayət qədər istifadə etməyə əsaslanmalıdır. Kompleks karbohidratlar (tam taxıllar, bulqur, yulaf), sağlam proteinlər (yumurta, ət, toyuq, balıq, paxlalılar) və mövsümi meyvə-tərəvəzlər gündəlik qidalanmaya daxil edilməlidir. Süd, qatıq və pendir kimi pasterizə edilmiş süd məhsulları da faydalıdır.
Xüsusilə hamiləliyin ilk aylarında fol turşusu qəbulu önəmlidir. Ispanaq, mərcimək, brokoli və portağal kimi məhsullar sinir sisteminin inkişafına dəstək verir. Demir həmçinin dəmirin yetərli səviyyədə qəbulunun körpənin sağlam inkişafı üçün vacib olduğunu qeyd edib.
Xeyrənsə Piriyeva
Baxış sayı:83
Bu xəbər 30 İyul 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















