Icma.az
close
up
RU
“Hamının səlahiyyəti var amma heç kim məsuliyyət daşımaq istəmir”

“Hamının səlahiyyəti var amma heç kim məsuliyyət daşımaq istəmir”

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bakıda tıxac probleminin fundamental həll edilməsi lazımdır, kosmetik tədbirlər heç nəyi dəyişməyəcək – ictimai nəqliyyat əlçatan olmalıdır, tez və konfortlu xidmət göstərməlidir”.

 “Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Bakı pərakəndə idarə edilir:

“Bakının yükü azaldılmalıdır, yol infrastruktutu yaxşılaşdırılmalıdır, ümumiyyətlə, seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun. Bu gün Bakı pərakəndə idarə edilir, hamının səlahiyyəti var – amma, heç kim məsuliyyət daşımaq istəmir. Dördpendirli pizza

İndi də təklif edilir ki, Bakıda çevik iş saatları tədbiq edilsin – ilk baxışdan məntiqli görünsə də, işlək olması çətindir. Əvvəla, bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək olar – özəl sektora bunu əmr etmək mümkün və doğru deyil, hə, iri özəl banklarda, holdinqlərdə mümkün ola bilər, amma, siz kiçik dükan, kafe, restoranlarda əmrlə bunu edə bilməzsiniz.

Gələk indi məsələnin doğura biləcəyi problemlərə, işləyən valideynlər məktəblər saat 8 də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saat 07:00-də başlayacaq, ya da, 10:00-da o zaman o nə etsin? Ölkədə “SchoolBus” sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər, və ya, heç də həmişə evə yaxın yerdə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?!

Yəni, iş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazım gələcək və bu da tıxac və ictimai nəqliyyatdakı sıxlıq problemini aradan qaldıran amil olmayacaq. Xülasə, bizdə “məktəbbas” (avtobus) yoxdur, amma, “basabas” həmişə var, hətta, bir çox səlahiyyəti olan qurumlarda problemləri həll etmək əvəzinə, “əşşşşi bas getsin, düzələr”, prinsipi də geniş yayılıb..”

 Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Sentyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri