Hande Londona gedir Sevgilisi dəstək olub
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli aktrisa Hande Erçelin yeni planı bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisanın hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçün avqustun sonunda Londona gedəcəyi iddia edilib.
Bildirilir ki, Hande İngilis dili dərsləri ilə yanaşı, hekayə yazarlığı və ssenari təhsili də alacaq. Aktrisanın Londonda kirayələdiyi mənzildə qalacağı qeyd olunub.
Bir müddətdir hekayələr yazdığı deyilən Hande Erçelin son bir ildə 6-7 hekayə qələmə aldığı, onlardan bəzilərinin dram janrında olduğu bildirilib.
Aktrisanın yazdığı hekayələri ssenari komandası ilə inkişaf etdirərək rəqəmsal platformalara serial kimi təqdim etməyi planlaşdırdığı da iddia olunub.
Handenin bu prosesdə ən böyük dəstəkçisinin isə prodüser sevgilisi Onur Güvenatam olduğu qeyd edilib.
Baxış sayı:84
Bu xəbər 14 Avqust 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















