Icma.az
close
up
RU
Hanı o Gəncə çəkməçiləri...

Hanı o Gəncə çəkməçiləri...

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Babaların irsi mənəvi sərvətdir

Çoxdan idi Gəncə çəkməçiləri, pinəçiləri haqqında bir yazı hazırlamaq istəyirdim. Amma rəhmətlik atamın söylədiyi bir hadisə hər dəfə gəlib dayanırdı gözlərim önündə və mən  bu barədə yazmağı, nədənsə, təxirə salırdım. 

Uşaq idim. Atam söyləyirdi ki, 30-cu illərdə Gəncədə xrom çəkmələr dəbə minmişdi.Təkcə ona görə yox ki, dəridən hazırlanmış bu çəkmələr çox yumşaq və ayağın yuxarısınadək rahatca qırış-qırış qatlanırdı və kənardan çox gözəl görünürdü. Həm də ona görə ki, çəkmələr yeridikcə “çart-çurt” səslər çıxarırdı və cavanlar da sağa-sola baxıb qürrələnirdilər. Bir də görürdün hər hansı küçə ilə 10-15 nəfər gedir və diqqətlə qulaq asanda, sanki, nəfəsli orkestr çalırdı.

Həmişə dəblə geyinən bir dostum var idi. Bir gün dedi: “Xəsislik etmə, gedək sənə də bu çəkmələrdən alaq”. O, ayağındakı par-par parıldayan çəkmələri yuxarı qaldırıb mənə göstərdi. Əvvəl etiraz etsəm də, necə deyərlər, saqqızımı oğurladı. Bazarın qabağına çatan kimi gördük ki, bir nəfər əlində həmin çəkmələrdən, o tərəf-bu tərəfə gəzişə-gəzişə müştəri axtarır. Dostum ona yaxınlaşıb qiymətini soruşdu və tezcə də astadan “fikirləşmə, tez pulunu ver, çıxaq gedək” – deyə məni tələsdirdi.

Yenicə bazardan ayrılmışdıq ki, milis sahə müvəkkili, yanında da bir nəfər, qolumdan tutdu. Orada hamı bir-birini tanıyırdı, sahə müvəkkili də məni tanıdı. Dedi ki, “Zeynal, bu çəkmələr oğurluqdur, haradan almısan?” Dostum qayıtdı ki, “deyəsən, bizi dolamısan, nə oğurluq?!”. Sahə müvəkkili zarafat etmədiyini bildirdi və yanındakı orta yaşlı kişini göstərib, bax, bu  çəkməçi tikib bunları, biri də götürüb qaçıb. Bu da gəlib milisə ərizə yazıb. Bayaqdan axtarırıq. Sizin əlinizdə görən kimi dedi ki, bunlar mənim tikdiyim çəkmələrdir... 

Gördük məsələ ciddidir, hamımız gəldik bazarın qabağına. Kimdən soruşduq ki, “burda bir çəkməsatan vardı, görməmisiniz ki?”, hamısı başını buladı.

 Sahə müvəkkili bizi bir kənara çəkib “bunun bircə yolu var, dedi, ərizəni mənim üstümə yazıblar və cinayəti açmaq mənim boynumdadır. Siz də mənə yaxın adamlarsınız, gedin bir adam tapın, deyin bundan almışıq”. Mən qəti etirazımı bildirdim, “bu vicdansızlıqdır” – dedim. Dostum birdən “tapdım!” deyib ucadan qışqırdı və iti addımlarla bazardan bir qədər aralıdakı çinara sarı getməyə başladı, biz də arxasınca. Burada, çinarın dibində həmişə bir rus içki düşkünü əyləşirdi, yazığın birisiydi. Çatanda gördük yenə ordadır. ­Dostum ona yaxınlaşan kimi “bax, bundan almışıq” deyərək büzüşüb oturmuş bomjun ­yaxasından tutub yuxarı qaldırdı. Milis ağzımı açmağa belə imkan verməyib “siz gedə bilərsiniz,” dedi və çəkmənin hər iki tayını onun boğazından sallayıb adamlara sanki nümayiş etdirirmiş kimi ­qabağına salıb aparmağa başladı. Hər dəfə də çəkmələri boynundan atır, “eti ne moi”deyib mızıldansa da, milis çəkmələri yenidən onun boynuna keçirirdi. 

Kənarda dayanıb baxırdıq. Həm bizi gülmək tuturdu, həm də yazığım gəlir, dostuma “düz eləmədin” deyərək narazılığımı bildirirdim.

Bu hadisədən xeyli keçmişdi. Sanki, ürəyim o zavallının yanında qalmışdı. Dostumla növbəti dəfə görüşəndə onu soruşdum. Güldü. Dedi ki, həmin bomj küçədə məni görüb üstümə qaçdı. Elə bildim məni söyəcək, vuracaq. Üzünə baxdım. Əvvəlki cılız, üzü-başı tüklü adamdan əsər-əlamət qalmamışdı. Sifətindən qan damırdı, yanaqları qızarmışdı. Köhnə dostu kimi məni qucaqladı, “çox sağ ol” dedi, sən olmasaydın, acından öləcəkdim. Altı ay orada yatdım, gündə üç dəfə yeməyim, içməyim, pal-patarım, hamam... 

Atamın söylədikləri acılı-şirinli bir xatirə olsa da, Gəncə çəkməçiləri ilə bağlı hazırladığım yazıya o qədər də yaxınlığı yoxdur. Amma zənnimcə, həm də var. Çünki adıçəkilən çəkmələri Gəncə sənətkarları kimi heç bir yerdə hazırlaya bilmirdilər. Bu çəkmələrdən almaq üçün Azərbaycanın hər yerindən Gəncəyə gəlirdilər.

...Əslində, çəkməçilik sənəti Azərbaycanda qədim tarixə malikdir. Gəncə də istisna deyildi və şəhərdə saysız-hesabsız çəkmə dükanları vardı. Əksəriyyəti də şəhərin mərkəzində, bazar ətrafında yerləşirdi. Yeri gəlmişkən, qeyd edim ki, ulu babalarının sənətini davam etdirən çəkməçilər həmin ərazidə yenə var və hələ də bir-birindən yaraşıqlı ayaqqabılar tikib satırlar.

 Çəkmə tikmək başmaqçılıq sənətinin üstündə qurulmuşdu. Bu tip ayaqqabılar boğazından tutulub yuxarı çəkmə, yəni dartma üsulu ilə geyinildiyi üçün onlara “çəkmə” deyilirdi. Bir müddət sonra çəkməçilik başmaqçılığın yeni növü kimi inkişaf etməyə başlamışdı. 

Amma çəkmələrin Azərbaycanda artıq orta əsrlərdə mövcud olmasını Nizami Gəncəvinin “Xəmsə”sində görürük.  Şeyx 1180-ci ildə “Xosrov və Şirin” poemasında belə yazır: “Ayağını bu dar çəkmədən çıxar, Dar başmaq geyinən tez çolaq olar”.

Gəncədə çəkməçilik sənəti XIX-XX əsrlərdə xüsusilə sürətlə inkişaf etməyə başlamışdır. Özü də çəkmələr daha çox yuxarı təbəqələr arasında yayılmışdı. Bu növ ayaqqabılar qədimdə, bir qayda olaraq, süvari geyimi hesab olunurdu.Varlı elat qadınları çox vaxt səfərə atla çıxdıqlarından uzunboğaz çəkmə geyinərdilər. Həmçinin at belində gəzən kişilər də çəkməyə üstünlük verirdilər. Bu dövrdə gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması da vacib idi.

Çəkmənin ayaqlığı forma baxımından başmağa oxşayırdı. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuqluğa və pəncəyə birləşdirilirdi.

Dövrə uyğun olaraq, qadın və kişi başmaqları ölçü və rənglərinə görə bir-birindən fərqlənirdi. Ən çox istifadə edilən qara rəng olurdu. XX əsrin əvvəllərindən çəkməçilikdə padoş, xrom kimi sənaye məmulatlarından istifadə edilməyə başlandı.

Gəncədə qadınlar üçün çəkmələr məxmərdən tikilərək üstü təkəlduz və güləbətin tikmə ilə bəzədilirdi. Nəinki Gəncədə, həm də Gəncəbasarda hörmə rezinli, xrom və ya adi aşılanmış gön-dəri ilə tikilmiş alçaqdabanlı, uzunboğaz çəkmələr geniş yayılmışdı. 

Belə bir fakt diqqət çəkir ki, hələ 1849-cu ildə Gəncədə 75 nəfər çəkməçi çalışırdı. Artıq 20-ci əsrin əvvəllərində Gəncə Yaxın Şərqdə çəkməçilik sahəsində ad çıxaran şəhərlərdən birinə çevrilmişdi. Şəhərdəki çəkmə ustalarını Bakıya, Tiflisə, Dərbəndə dəvət edirdilər.

...100 il, 200 il əvvəl dəbdə olan çəkmələr indi dəbdə deyil. Onu yalnız rəqqas və rəqqasələr geyinir. Amma kim bilir, bəlkə də, vaxt gələcək Gəncə çəkmələri yenidən dəbə minəcək. Axı tarix təkrar olunur...

Hamlet QASIMOV, 
XQ-nin bölgə müxbiri  

Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see418

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see350

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see345

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see314

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see252

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see227

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see200

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see189

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see175

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see174

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see156

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri