“Hansı dövrdə yaşayırıq ki, küçəmiz belə vəziyyətdədir?“ Şabranda palçıqlı yollardan təngə gələn sakinlərdən ŞİKAYƏT
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Şabran şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri illərdir yolların yararsız vəziyyətdə olmasından şikayət edirlər. Sakinlərin sözlərinə görə, mövcud vəziyyət gündəlik həyatda ciddi çətinliklər yaradır.
Məhəllə sakinləri problemi belə təsvir edirlər: "Məhəlləmiz bərbad gündədir. Buradan məktəblilər, yaşlı insanlar keçirlər. Uşaqlar palçığa yıxılır, məktəbə gedə bilməyib geri qayıdırlar. Dəfələrlə müraciət etmişik, gəlib baxırlar, amma heç bir tədbir görülmür".
Məsələ ilə bağlı Şabran şəhər icra nümayəndəsi Orxan Kərimov problemin maliyyə və relyef çətinlikləri ilə bağlı olduğunu qeyd edib:
"Aprel ayında yağan intensiv yağışlar Şabran rayonuna, o cümlədən şəhərin Məhəmməd Əsədov küçəsinə ciddi ziyan vurub. Küçə çox enişli-yoxuşlu, mürəkkəb relyefə malik olan bir küçədir. Orada təmir işləri aparmaq üçün böyük maliyyə vəsaiti lazımdır. Hazırkı büdcəmizlə bunu etmək mümkün deyil. Növbəti illərdə vəsait olduğu təqdirdə, əsaslı təmir nəzərdə tutulub. Lakin növbəti günlərdə yuyulan çınqıl örtüyünün yenidən bərpa olunması nəzərdə tutulub".
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 18 Dekabr 2025 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















