Icma.az
close
up
RU
Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir?

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Özbaşına tikintilərin müəyyənləşdirilməsi meyarlarından biri icazə verilməyən torpaqlarda tikintinin aparılmasıdır".

Moderator.az xəbər verir ki, bunu APA-ya və "Xəzər" TV-yə müsahibəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, tikinti qadağan olunan ərazilər qanunvericilikdə müəyyən edilib:

"Bunların kateqoriyasına kənd təsərrüfatı təyinatlı torpaqlar, meşə fondu torpaqları, su fondu torpaqları və xüsusi qorunan ərazilər aiddir. Bu ərazilərdə tikinti aparılmasına qanunvericiliklə yol verilmir. Ancaq müəyyən istisna halları var".

M.Eynullayev qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müəyyən tikintilərin aparılmasına icazə verilir, lakin bunun üçün konkret şərtlər mövcuddur:

"Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş müəyyən tikintilər və qurğular inşa oluna bilər. Lakin bunun da şərtləri var. Burada mütləq tələb ondan ibarətdir ki, mülkiyyətdə və icarədə olan torpağın həcmi 5 hektardan az olmasın və tikinti aparıla bilən sahə bunun 1 faizindən artıq olmasın".

Onun sözlərinə görə, 5 hektar torpaqda tikinti sahəsi 500 kvadratmetrdən artıq ola bilməz.

"Əgər biz 5 hektardan danışırıqsa, bu 500 kvadratmetr deməkdir ki, tikinti ondan artıq ola bilməz. Başqa tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə aparılması qanunla qadağandır. O cümlədən, həmin ərazilərdə fərdi yaşayış və çoxmənzilli yaşayış binalarının tikintisini qanun qadağan edib".

Dövlət Xidmətinin rəisi tikintinin qadağan olunduğu digər ərazilərdən də danışıb:

"Bundan əlavə, tikintinin qadağa olunduğu digər ərazilər mühəndis kommunikasiya infrastrukturu obyektlərin altında və onların mühafizə zolaqlarında yerləşən torpaqlardır. Buraya kollektorlar, su və kanalizasiya xətləri, yüksək gərginlikli elektrik xətləri, rabitə xətləri, neft və qaz borularının yerləşdiyi ərazilər və onların mühafizə zonaları daxildir".

O bildirib ki, bu ərazilərdə tikintiyə icazə verilməməsinin əsas səbəblərindən biri təhlükəsizliklə bağlıdır:

"İkinci daha vacib məqam insan həyatı və sağlamlığı üçün, eyni zamanda insanların əmlakı üçün yaratdığı təhlükədir. Bu, potensial risk mənbəyidir. Ona görə, həmin obyektlərin yaxınlığında, xüsusən də onların üzərində hər hansı tikintinin inşası qəti qadağandır. Həmin kommunikasiya xətləri oradan köçürülmədiyi təqdirdə orada ev tikintisinin aparılması və onların sənədləşdirilməsi mümkün deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Avqust 2026 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri