Icma.az
close
up
RU
Yeni yol layihələri: hansı ərazilərdə tıxaclar aradan qalxacaq? Açıqlama

Yeni yol layihələri: hansı ərazilərdə tıxaclar aradan qalxacaq? Açıqlama

Icma.az, Bakupost saytına istinadən bildirir.


Xəbər verdiyimiz kimi, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlif səviyyəli yol ötürücüsü tikiləcək.

Eyni zamanda proqrama əsasən, Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsi təkmilləşdiriləcək.

Həmçinin Dövlət Proqramında qeyd edilib ki, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək.

Bəs yeni yol və körpülər tıxac problemlərini həll edəcəkmi? Bakı-Sumqayıt magistralındakı sıxlıq aradan qalxacaqmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov Bakupost.az-a açıqlamasında bildirib ki, sözügedən dövlət proqramında əsas diqqət Bakının şimal hissəsindəki yol infrastrukturunun təkmilləşdirilməsinə yönəlib. Bu isə həmin istiqamətdə nəqliyyat axınını rahatlaşdırmaq və mobilliyi artırmaq məqsədi daşıyır:

“Bununla yanaşı, bu layihə yalnız fərdi avtomobillərlə səyahətlər üçün deyil, həm də ictimai nəqliyyatın hərəkətinin yaxşılaşdırılması üçün nəzərdə tutulur. Hətta Mehdiabad-28 May marşrutu üzrə tramvay xəttinin və ya digər kütləvi sərnişindaşıma həllərinin tətbiqi planlaşdırılır. Hazırda konkret layihə olmasa da, müxtəlif alternativlər nəzərdən keçirilir, məsələn, qatar və ya tramvay variantları müzakirə olunur. Tramvay ən optimal həll ola bilər, lakin bu, hələlik yalnız bir ideya olaraq qalır.”

Ekspert bildirib ki, yeni layihələrin əsas məqsədlərindən biri də Bakı-Sumqayıt magistralındakı nəqliyyat sıxlığını azaltmaqdır:

“Bütün bu planlar, şimal tərəfdən giriş-çıxışı asanlaşdırmağa yönəlib. Şimal istiqamətində yol infrastrukturunun təkmilləşdirilməsi isə xüsusilə Bakı-Sumqayıt yolu kimi tanınan (rəsmi adı Bakı–Quba–Rusiya Federasiyası sərhəd yolu olan) magistralın, xüsusən də Bakıdan Xırdalana qədər olan hissədə sıxlığın azaldılmasına xidmət edəcək.

Hazırda əgər kimsə Mərdəkandan Şamaxıya və ya Qubaya, yaxud da əks istiqamətdə – Qubadan və ya Şamaxıdan Mərdəkən, Qala və ya Pirallahıya getmək istəyirsə, şəhərə daxil olmaq məcburiyyətində qalır. Məsələn, Şamaxinka yolu ilə şəhərə daxil olub, Ziya Bünyadov prospektindən keçməli olar. Lakin yeni yollar çərçivəsində belə bir layihə mövcuddur: Abşeron yarımadasının xarici dairəvi yolu – Pirşağı, Novxanı və Saraydan keçərək, gələcəkdə "Vaz dairəsi"nə birləşəcək. Hətta bu yol Xırdalanın şimal hissəsindən keçərək, Şamaxı yoluna bağlanacaq.

Bu yolun tikintisi başa çatdıqdan sonra, Buzovna və digər qəsəbələrdən Quba və Şamaxıya getmək üçün şəhərin içərisindən keçməyə ehtiyac qalmayacaq.Yəni, Bakı-Xırdalan arasındakı Bakı-Sumqayıt yolunun həddindən artıq yüklənməsinə ehtiyac qalmayacaq. Bundan əlavə, Sabunçu-Sulutəpə yolu da çəkiləcək. Bu yol, Abşeron rayonunun daxili hissələrindən gələnlərə, eləcə də şimal zonasından Abşeron rayonuna hərəkət edənlərə Bakı-Sumqayıt yoluna girmədən gedib-gəlmək imkanı yaradacaq.

Ekspert bildirib ki, Bakı-Sumqayıt yolunda əsaslı dəyişikliklər nəzərdə tutulur. Xırdalan dairəsində infrastruktur yenilənəcək, həmçinin Şamaxı istiqamətinə gedən yolda yerləşən körpünün yaxınlığında yeni tunellər inşa ediləcək:

“Bundan başqa, Bakı–Sumqayıt yolunun özündə də ciddi dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklərin ən önəmlilərindən biri Xırdalan dairəsində həyata keçirilməlidir. Üstəlik, Xırdalan dairəsinə çatmamış, Şamaxı istiqamətinə gedən yolda yerləşən körpünün yaxınlığında yeni tunellərin tikintisi planlaşdırılır. Belə ki, şəhərdən çıxan və Şamaxı istiqamətinə hərəkət edən sürücülər həmin körpüdən istifadə etmədən birbaşa yoluna davam edə biləcəklər. Həmin ərazidə ayrıca bir yol qovşağı inşa ediləcək. Bundan başqa, Xırdalan şəhərinin Hökməli tərəfdən giriş-çıxışını rahatlaşdırmaq üçün dəmir yolunun üzərindən və ya altından yeni, keyfiyyətli bir keçid inşa olunacaq.”

Ə.Hüseynovun sözlərinə görə, ən maraqlı layihələrdən biri də Biləcəridə Mircəlal küçəsindən yeni yolun çəkilməsidir. Bu yol 9-cu mikrorayondan Biləcəriyə birbaşa çıxışı təmin edəcək:

“Bu, o deməkdir ki, Biləcəridən şəhərə daxil olmaq istəyənlərin bir qismi artıq Şamaxinkaya və ya 20 Yanvar istiqamətinə girmədən, birbaşa mikrorayon vasitəsilə şəhərə daxil ola biləcəklər. Hər bir halda söhbət kompleksdən gedir. Bütün layihələr icra olunsa, gözlənilən nəticələri görmək olacaq.”

Lalə Novruz, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Fevral 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri