Icma.az
close
up
RU
Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək? Elşən Qafarov

Hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi veriləcək? Elşən Qafarov

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli ötən gün təşkil edilən brifinqdə qeyd edib ki, az saatlı vakant yerlər birləşdirilərək müəllimlərə bir vakant yer kimi təqdim ediləcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirdi ki, çox maraqlı bir vəziyyət yaranıb.

"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyi və yaxud da ki, Təhsil İnstitutu hansı əsaslarla təsviri incəsənət müəlliminə texnologiya dərsi verəcək? Bu güya müəllimlərin saatının artırılması üçündür. Amma pedaqoji fəaliyyətlə məşğul olmaqla bağlı Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 saylı qərarı var. Pedaqoji fəaliyyətlə müvafiq ixtisasa pedaqoji təhsili olan şəxslər məşğul ola bilərlər. Yəni bu o deməkdir ki, texnologiya dərsini yalnız texnologiya üzrə təhsili olan, riyaziyyat dərsini yalnız riyaziyyat üzrə təhsili olan şəxslər verə bilərlər. Burada da görünən odur ki, bu,  Elm və Təhsil Nazirliyinin növbəti əsası olmayan, səriştəsiz bir qərarıdır. Hətta, şöbənin müdir müavinini əsaslandırması da çox gülünc görsənir. Çox maraqlıdır onlar çəkinmədən Azərbaycan qanunlarını heçə sayaraq nə istədiklərini, nə etmək istədiklərini açıq şəkildə elan edirlər ki, biz saatları birləşdirəcəyik".

Müsahibimizin sözlərinə görə, qanunvericilik yalnız həmin sahədə təhsil alan adamın o sahədə dərs deməsinə icazə verir.

"Vakant yerlərin birləşdirilməsi anlayışı nə deməkdir? Bunun açıqlaması nədir? Məktəblərimi birləşdirirlər? Madam belədirsə, vakansiya çıxarılmamışdan qabaq elan olunmalı idi ki, filan-filan məktəblər yaxın zamanda birləşdiriləcək. Ona görə də orda əlavə dərslər verilmir və yaxud da elan eləməlidirlər ki, biz məktəbləri birləşdiririk. Birləşən məktəblərin müəllimlərinin dərs saatında problem olduğu üçün fənlərdən artıq vakansiya verməyəcəyik. İnsanlar il boyu hazırlaşıblar. Bu, açıq-aşkar görünən haldır ki, bu gün bizim pedaqoji sahədə kadr hazırlayan ali təhsil məktəblərinin proqramları qalıb bir kənarda. Müəllimlərin işə qəbulu müsabiqəsi Təhsil İnstitutu tərəfindən konkret olaraq müəyyən edilmiş bir kitab üzərindən həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə olan proqramla müəllim hazırlığı proqramı üst-üstə düşmür. İnsanlar kütləvi şəkildə repetitor yanına, kurslara gedirlər. Bu kursların böyük bir hissəsi də elə Təhsil İnstitutunun əməkdaşlarının kurslarıdır. Biz artıq alışmışıq. May ayında da buna oxşar bir hadisə baş verdi. Mayın 31-nə belə lisey-gimnaziyalar üçün sınaqlara biletlər satmışdı. Amma bir həftə qalmış elan elədilər ki, biz ancaq altıncı sinif qəbul edirik. Yəni altını bitirmiş, altıdan yeddiyə keçənləri lisey-gimnaziyalara qəbul edirik. Kütləvi narazılıqlar fonunda geri çəkilmək məcburiyyətində qaldılar".

Elşən Qafarov bildirdi ki, bu, birinci və ya ikinci hal deyil.

"İnsanların əlində bir strategiya, plan yoxdur. Axşamlar hardasa oturub bir çay süfrəsində bir fikir söyləyirlər, qərar qəbul edirlər. Səhər də onu dərhal elan edirlər. Çox acınacaqlı vəziyyətdir. Təhsil sistemi planlı şəkildə idarə olunan bir sahədir. Amma bu şəkildə səriştəsiz idarəetmə nəticədə kütləvi narazılıqlara gətirib çıxarır. Son anda məktəblər guya ləğv olunur. Məsələn, Lənkərandakı kütləvi narazılıqları da gördük. O cümlədən də müəllimlərin işə qəbulu ilə bağlı bu narazılıqlar da. Bu onu bir daha göstərir ki, Emin Əmrullayev və onun ayrı-ayrı şirkətlərdən gətirdiyi tanışları, yəni təhsilə aid olmayan sahələrdən gətirdiyi tanışları bu gün təhsil sahəsini idarə etmək iqtidarında deyil. Nəticə ondan ibarətdir ki, burada uduzan Azərbaycan cəmiyyətidir, Azərbaycan dövlətidir, Azərbaycan millətidir, Azərbaycan təhsilidir. Məsələnin yeganə yolu düşünürəm ki, Emin Əmrullayevin qanunsuz əməlləri ilə bağlı bir hüquqi araşdırma başlamalıdır. Emin Əmrullayev və onun dostları təhsildən uzaqlaşdırılıb məsuliyyətə cəlb olunmalıdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri