Icma.az
close
up
RU
Hansı hallarda vitamin qəbuluna ehtiyac var?

Hansı hallarda vitamin qəbuluna ehtiyac var?

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vitaminlər bədəndə qurucu və pozucu proseslərdə mühüm rol oynayan orqanik maddələrdir. Həmçinin bu maddələr hüceyrə bərpası və həyati funksiyaların davamı üçün də vacibdir. Lakin qida vasitəsilə alınan vitaminlərin bədəndəki istifadəsi bəzi hallarda yetərli olmaya bilər. Xüsusilə xroniki xəstəliklər zamanı bağırsaqlarda sorulma problemi yarana bilər və gündəlik vitamin tələbatı arta bilər. Bu səbəbdən günümüzdə vitamin əlavələrinə olan tələbat artıb.

Pravda.az bildirir ki, vitaminlərin düzgün dozada və həkim nəzarətində istifadə olunması çox vacibdir.

Vitamin əlavələrinə ehtiyac aşağıdakı hallarda ortaya çıxır:

Bağırsaq və həzm problemləri: Xüsusilə gluten həssaslığı, gastrit kimi xəstəliklərdə vitamin sorulması pozulur.

Hamiləlik və laktasiya dövrü: Ana və körpə üçün mühüm vitaminlər, erkən doğumun qarşısının alınması və beyin inkişafı üçün vacibdir.

Yaşlılıq dövrü: Osteoporoz riski və görmə funksiyalarının zəifləməsi ilə əlaqədar olaraq D, K, A və C vitaminlərinə ehtiyac arta bilər.

Xroniki xəstəliklər: Piylənmə, diabet, insulin direnci və autoimmün xəstəliklərdə balanssız qidalanma səbəbindən əlavə ehtiyac yaranır.

Günəş işığı çatışmazlığı: D vitamininin təbii şəkildə sintez olunmaması səbəbilə xaricdən qəbul vacib olur.

Zərərli vərdişlər: Siqaret, alkoqol və digər maddələrin istifadəsi vitamin ehtiyatlarının tükənməsinə səbəb ola bilər.

Uşaqların inkişafı: Zəka səviyyəsinin və bədən inkişafının dəstəklənməsi üçün kompleks vitaminlər tövsiyə olunur.

Vitaminlərin həddindən artıq qəbulu hansı fəsadlara yol açır?

A vitamini: Həddindən artıq qəbul zamanı qusma, təzyiq artımı, dəridə quruma və saç tökülməsi görülə bilər.

B və C vitaminləri: Əksər hallarda böyük risk yaratmasa da, yüksək dozalarda ishal, baş ağrısı və böyrək daşı riski yarada bilər.

E vitamini: Qanın laxtalanmasını azaldaraq qanaxma riskini artıra bilər.

K vitamini: Əksinə, qan laxtalanmasını artıra bilər.

D vitamini: Kalsium səviyyəsini yüksəldərək böyrək daşı, damar problemləri və ürək-böyrək çatışmazlığına səbəb ola bilər.

Vitamin əlavələrinin düzgün istifadəsi necə olmalıdır?

Bəzi vitaminlər birlikdə daha təsirli olur: Məsələn, D və K vitaminləri birlikdə alındıqda kalsiumun sorulmasını artırır.

Qarşılıqlı təsirlərə diqqət: A və E vitaminlərini K vitamini ilə birlikdə almaq tövsiyə edilmir.

Yağda və suda həll olan vitaminlər: A, D, E, K vitaminləri yağlı yeməklərlə, B və C vitaminləri isə su ilə tək başına alınmalıdır.

Saat seçimi: Vitaminlər əsasən səhər və ya günorta saatlarında qəbul edilməlidir.

Doza və müddət: Adətən 2-3 ay istifadə edilir, bəzi hallarda 6 ayadək uzadıla bilər. Həkim nəzarəti mütləqdir.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see312

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see276

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see193

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see164

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see163

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see161

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see145

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see144

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see136

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see134

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see133

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see132

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see130

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see125

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see114

İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

13 İyun 2025 02:38see114

Yəmən İsrailə raket hücumuna başladı

13 İyun 2025 22:41see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri