Icma.az
close
up
RU
Vətəndaş işlətmədiyi qaza, işığa görə niyə pul ödəməlidir?” Əli Məsimlidən yeni qanuna ETİRAZ

Vətəndaş işlətmədiyi qaza, işığa görə niyə pul ödəməlidir?” Əli Məsimlidən yeni qanuna ETİRAZ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Redaktor.az Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Milli Məclisin iyunun 13-də keçirilən plenar iclasında “Qaz təchizatı haqqında“ Qanun layihəsinin müzakirəsi zamanı çıxışının əsas məqamlarını təqdim edir:

"“Qaz təchizatı haqqında“ Qanun layihəsində ən çox müzakirə olunan məsələ ölkədə qaz və elektrik enerjisin sahəsində sabit tarif üsulunun tədbiq olunacağı ilə bağlı məsələdir. 

“Qaz təchizatı haqqında“ qanununun layihəsi təqdim olunanda bildirildi ki, bu qanunun qəbulu vətəndaş məmnunluğu yaradacaq.Amma layihə haqqında cəmiyyətdə birmənalı fikir yoxdur. Layihənin lehinə söylənilən fikirlərlə yanaşı, ondan xeyli çox mənfi fikirlər və narazılıqlar var. Biz də elə düşünürük ki, qanunda xeyli çatışmazlıqlar var. Ona görə də biz bu layihəyə münasibətdə mövqeyimizi əsaslandımaqdan ötrü çox mühüm bir hüquqi sənədə - “Normativ hüquqi aktlar haqqında” KONSTİTUSİYA QANUNUnun tələblərinə istinaq edərək mülahizələrimizi bildirmək istərdik:

1. Bu qanunun konsepsiyası “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunununda öz əksini tapmış çox ciddi bir məqam baxımından, yəni qanunlarda idarə maraqlarına üstünlük verilməsinin yolverilməz olması tələbinə nə dərəcədə cavab verir? Hesab edirik ki, “Qaz təchizatı haqqında“ Qanun layihəsində bu sahədə problemlər var.

2. "Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə normativ hüquqi aktda və həmçinin onlar arasında ziddiyyət olmamalıdır. Amma sözügedən qanun layihəsində xeyli ziddiyyətli məqamlar var.Fikrimizcə layihə ekspertizadan keçirilsəydi və ekspert rəyləri ortada olsaydı,daha yaxşı olardı. 

3. Konstitusiya Qanununun tələblərinə görə qanun layihəsində onun məqsəd funksiyaları öz əksini tapmalıdır ki, oxuyan bilsin ki, bu qanun layihəsi hansı məqsədi reallaşdırmaqdan ötrü hazırlanıb. Amma bu qanun layihəsində məqsəd funksiyaları öz əksini tapmayıb. Layihə ilə bağlı yaranan qeyri müəyyənliklərin bir hissəsi elə bu faktla bağlıdır.

Aidiyyəti dövlət orqanlarının nümayəndələri bildirirlər ki, bu qanunda “əsas məqsəd tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir”. Həm də bildirilir ki, sabit tarif tətbiq olunan sahədə qiymət artımına səbəb olmayacaq. Amma bizim fikrimizcə artımlar olacaq. Sadəcə artımın olacağı zaman məsələsidir... Çünki aidiyyəti orqanların nümayəndələri öz çıxışlarında dəfələrlə bildiriblər ki, su, istilik və sair xidmətlər əhaliyə maya dəyərindən xeyli ucuz satılır. Bu məntiqlə əgər bu qanunda “əsas məqsəd“ tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir”sə, onda bu indi olmasa da, hansısa mərhələdə qiymət artmına gətirib çıxaracaq. 

4.Təqdimatda bildirildi ki, beynəlxalq praktikada sabit tarif tədbiqi üsulundan istifadə olunur. Bəli, istifadə olunur... Bəs hansı ölkələrdə qaz, işıqla bağlı bizdəki dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi qaz, işıq təchizatnın keyfiyyətində və digər sahələrdə problemlər olanda, təklif olunan sabit tarif üsulundan istifadə olunur? Belə suallar çoxdur. Rüsumları, cərimələri artırmaqla büdcəni doldurmaq mümkün olmadığ kimi, belə üsullarla “Azəriqaz” və “Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Ona görə də növbəti bir suallar yaranır: Bu cür ifrat dövlət inhisarı şəraitində sabit tarifin tətbiqi nə dərəcədə məntiqli və perspektivlidir? Onun tədbiqi aidiyyatı orqanlara və əhaliyə nə verəcək? Sabit tarifin tətbiqinin maliyyə tutumu nə qədərdir? 

5. Əhalinin, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin gəlirlərinin xeyli hissəsi kommunal xərclərin ödənilməsinə gedir. Bu layihədə həmin fakt nə dərəcədə nəzərə alınıb?

Biz Milli Məclisdəki çıxışlarımızda dəfələrlə qaldırmışıq ki, dağ kəndlərində soyuq ayların sayı çox olduğundan, orada yaşayanların qaza, işığa çəkdiyi xərclər də çoxdur. Ona görə də limiti keçdikdən sonra ikiqat ödəniş etməyə maddi imkanı olmayanlar qazdan istifadəni dayandırmağa məcbur olub, odundan istifadə edirlər. Odun da ucuz olmadığından, bir sıra hallarda həyətlərindəki ağaclarını kəsib odun kimi istifadə edirlər. Ona görə də işıq, qaz limiti məsələsində onlara güzəştlər etmək lazımdır. Bu məsələni həll etməkdənsə, əvəzində Milli Məclisə əhalidən işlətmədiyi qaza görə pul ödəmə variantını özündə əks etdirən qanun layihəsi gəlib. Əgər yeni qaydada vətəndaş qaz işlədib-işlətməməsindən asılı olmayaq sabit tarif üzrə haqq odəməlidirsə, onda sözügedən imkansız ailələrin vəziyyəti necə olacaq? Onlara necə demək olar ki, qaz pulu verə bilmədiyindən, həyətindəki ağacları kəsib odun kimi istifadə etməklə yanaşı həm də istifadə etmədiyin qaza görə pul ödəməlisən?

6. Bakıdan tutmuş regionlaradək saatlarla işıq, qaz, su olmur. Buna görə aidiyyəti qurumlar vətəndaşlara kompensasiya ödəyəcəklərmi? Qanun layihısində istehlakçıların hüquqları hissəsində göstərilib ki, qazın alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın razılaşdırılmış həcmdə və ya keyfiyyətdə göstəricilərinə uyğun verilməməsi nəticəsində vurulmuş ziyanın qazsatıcısı tərəfindən ödənilməsini tələb edə bilər. Bunu tələb etmək mümkün olacaq,amma hazırkı reallaılar şəraitində dəymiş ziyanın ödənilməsinə nail olmaq çətin olacaq. Ona görə də bu sahədə işlək reallaşdırma mexanimi hazırlanıb tətbiq olunmalıdır ki, qanun layihısinin bu mühüm bəndi formal xarakter daşıyıb,əlavə problemlər və narazılıqlar yaratmasın. 

Məlumdur ki, bizdə qaz, işıq təbii inhisarçılar olan dövlət şirkətlərinin əlindədir. Həmin inhisarçı qurumlar - “Azəriqaz”,”Azərenerji” bu qanunun dili ilə tələb edirlər ki, əhaliyə qaz çəkib, elektrik xətləri çəkib, infrastruktur qurublar, ona görə də vətəndaş da həmin qazı işlədib-işlətməməsindən asılı olmayaraq hər ay sabit tarif üzrə onlara qaz, işiq pulu ödəməlidir. Əslində bu məsələnin kökündə bir fakt durur ki, dünya bazarında neftin qiyməti getdikcə aşağı düşür və bu dövlətin gəlirlərini azaldacaq. Deməli “Azəriqaz”, “Azerenerji” və digər inhisarçı dövlət şirkətlərinin də dövlətdən aldığı dotasiyalar azalmağa başlayacaq. Ona görə də bu cür üsullarla xərclərin bir hissəini əhalinin çiyninə yükləmək istəyirlər. Bu, nəinki optimal yol deyil, həm də çox yanlış yoldur. Necə ki, cərimələri, rüsumları artırmaqla büdcəni doldurmaq mümkün deyil, sabit tarif üzrə əhalidən işlətmədiyi işiq, qaz pulu almaqla da inhisarçı dövlət şirkətlərinin maliyyə vəziyyətini düzəltmək mümkün deyil. Optimal yol islahat yoludur. Həmin dövlət şirkətlərinə normal fəaliyyəti üçün xeyli pul vəsaiti, sərmayə lazımdır. Bundan ötrü işıq, qaz və sair bu kimi sahələrdə islahatlar aparılmalı və qeyri rasional hala düşmüş idarəetmə sistemi təkmilləşdirilməli,səmərəli fəaliyyət göstərə bilən idarəetmə sisteminə keçilməli, xərclər obyektiv meyarlarla araşdırılıb, subyektiv səbəblərdən şişirdilmiş hissəsi dəqiqləşdirilməli və onların əsaslı surətdə aradan qaldırılması istiqamətində təsirli tədbirlər görülməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyun 2025 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri