Icma.az
close
up
RU
İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

İsti havada rahat yuxuya getməyin BEŞ EFFEKTİV YOLU Nevroloqdan məsləhət

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Yayın istisi tez-tez yuxu pozğunluğuna səbəb olur, gecə istirahətini orqanizm üçün əsl sınağa çevirir. Yüksək temperatur keyfiyyətli yuxu üçün lazım olan bədən temperaturunun təbii azalmasına mane olur. Bu isə yuxusuzluğa və pis əhval-ruhiyyəyə gətirib çıxarır.

Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı həkim-nevroloq, manual terapevt və idman həkimi Viktor Koss isti havada da keyfiyyətli yuxunun effektiv yollarını bölüşüb.

Mütəxəssis ilk olaraq elektron cihazların yuxuya mənfi təsirinə diqqət çəkib. Onun sözlərinə görə, ekranların yaydığı işıq sinir sistemini stimullaşdıraraq yuxuya getməni çətinləşdirir:

"Yatmazdan 1.5-2 saat əvvəl telefon və planşet kimi cihazlardan istifadə etməmək məsləhətdir", - deyə o bildirib.

Viktor Koss, həmçinin yatmazdan əvvəl bədənin soyumasını stimullaşdırmaq üçün duş qəbul etməyi tövsiyə edir. Bu, orqanizmin təbii soyuma prosesini işə salaraq rahat yuxuya getməyə kömək edir.

Rahatlama üçün həkim maraqlı bir üsul da təklif edir - ayaqları yuxarı qaldırmaq məşqi:

"Arxası üstə uzanıb ayaqları 10 dəqiqəlik divara söykəmək, ayaq əzələlərinin boşalmasına kömək edir", - deyə o izah edir.

Lakin Koss hipertoniya (yüksək təzyiq) xəstələrinə bu metodu yalnız həkimlə məsləhətləşdikdən sonra tətbiq etməyi tövsiyə edir.

Yuxudan əvvəl baş və üz nahiyəsinin yumşaq, dairəvi hərəkətlərlə masajı da gün ərzində yığılan gərginliyi azaltmaqda və sinirləri sakitləşdirməkdə təsirli üsullardan biridir. Xüsusilə alın, gicgah və boyun nahiyəsinə diqqət yetirmək tövsiyə olunur.

Nəhayət, yataq otağında tam qaranlığın təmin olunması da yuxunun keyfiyyətinə birbaşa təsir edir. Koss bu məqsədlə tünd rəngli və qalın pərdələrdən istifadə etməyi məsləhət görür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyun 2025 02:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri